Bəzən xəstələr həftələrlə, hətta aylarla ishaldan əziyyət çəkirlər və çarə tapa bilmirlər. Bir çox xəstələrə tövsiyə etdiyim və həmişə də yaxşı nəticələr aldığım resepti paylaşmaq istəyirəm:

Bir ədəd şirin narın qabığını (olmasa turş nar da olar) yuyub xırda hissələrə bölün, 150 qram suya töküb zəif odun üstündə 5-7 dəqiqə qaynatdıqdan sonra süzüb qabıqları atın, dəmləməni isə yenidən odun üzərinə qoyun. Dəmləmənin içinə 2 xörək qaşığı şəkər tozu əlavə edib 4-5 dəqiqə zəif odun üzərində qarışdıra-qarışdıra bişirin. Soyuduqdan sonra uşaqlara çay qaşığı ilə, böyüklərə isə xörək qaşığı ilə yeməkdən əvvəl verilir.

1 xörək qaşığı nar qabığını 1 stəkan suda 5 dəqiqə qaynadın. Alınan bişirmə ilə ağız boşluğu yaralarında, faringitlərdə qarqara edə bilərsiniz. Həmçinin sızanaq və səpgilərin həmin məhlulla silinməsi dərini təmizləyir. Saç diblərinin bişirmə ilə masaj edilməsi kəpəklənmə və qaşınmanı aradan qaldırır. Qastrit və kolit zamanı bu dəmləmədən gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Həmçinin qurdqovucu vasitə kimi çox faydalıdır. 5-6 ədəd narın qabığı 5 litr suda 10 dəqiqə qaynadılır, alınan bişirmə vannaya tökülür və babasil xəstələri gündə yarım saat həmin vannada oturur. Bişirməni hamam vannasına töküb güclü tərləmələr zamanı qəbul etmək olar.

(3,539 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.