Əli ibn Abbas 10-cu əsrin əvvəllərində İranın Əhvaz şəhərində doğulmuş dəyərli islam təbiblərindən biri olmuşdur. İslam təbabətində dəyərli əsərlərdən olan əl-Maliki əsərini yazmışdır. Bu əsərin birinci hissəsində tibbin teoremi, ikinci hissəsində isə təbabətin əsaslarından bəhs edilmişdir.

Bu kitabda insan anatomiyası, cərrahi işləmələrlə bağlı 110 başlıqdan ibarət məqalələr yer almışdır. Bu kitab bütün Avropa dövlətlərində 16-cı əsrə qədər tibbi dərs vəsaiti kimi istifadə olunmuşdur. 1903-cü ildə isə fransız dilində yenidən nəşr olunmuşdur.

Alimin söylədikləri:
–Həkim işinin tam məsuliyyətini anlayandan sonra həkim işləməlidir,
–İnsan qəlb və bədən təmizliyinə diqqət etməli, həyatını daima Allah rizası üçün yaşamalıdır,
-Həkim xəstələrin şəxsi həyat və xəstəliklərini heç kimə söyləməməlidir.

Əli ibn Abbas ilk dəfə mədə, bağırsaq, uşaqlıq şişlərinin təsnifatını vermiş (bəd və ya xoş xassəli olması) və bu şişlərin ilk dəfə cərrahi əməliyyatla kəsilib götürülməsini həyata keçirmişdir. Əməliyyat zamanı köməkçiləri də olmuş və onlar narkoz əvəzi xaş-xaş, tiryək kimi vasitələrdən keyidici kimi istifadə etmişlər.

Həkim əməliyyat zamanı belə demişdir: “Yara sağlam toxumalardan ayrılmalı, kəsilib götürülməlidir. Bu zaman xəstənin qan itirməməsi üçün damarların ağzı yandırılmalıdır.” Əməliyyat zamanı ilk dəfə olaraq kapilyar, venoz və arterial damarların təsnifatını vermiş, arterial damarların ilgəhlə bağlanılmasını tətbiq etmişdir.

İlk dəfə olaraq göz və badamcıq əməliyyatlarını həyata keçirmişdir. Göz əməliyyatı üçün tətbiq etdiyi metod 18-ci əsrə qədər Avropada istifadə olunmuşdur. Hippokratın doğuş zamanı uşağın özü öz hərəkətləriylə gəlir fikirlərini uşaqlıq əzələsinin gərilməsi, yığılıb-açılmasını söyləməklə alt-üst etmişdir.

Əli ibn Abbas “SİNA” əsərində sağlam qidalanmaq və qidalanaraq xəstəliklərdən qurtulmağın yollarını göstərmişdir. Həmin əsərində ac qalmanın faydaları haqqında geniş məlumat verilmişdir.

Əli ibn Abbas magistral və kapilyar damarlar haqqında geniş bilgi vermişdir hansı ki, həmin dövrdə guya yunan tibbi inkişaf etməsinə baxmayaraq yunan alimlərinin bu barədə açıqlamaları olmamışdır. Bu barədəprofessor Fillip belə demişdir: – bu təsnifat alimdən sonra gələnlər üçün bir yol olmuşdur.

Sonda, bu məqaləni oxuyan dostum bunları bilirdinmi, yoxsa yox? Heç mən də bilmirdim, bütün bunlar dünən yox, düz 11 əsr bundan əvvəl biz müqəddəs kitabımız Qurana və dinimiz İslama sahib olduğumuz vaxt baş verib.

(768 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.