Bu məcunun çox adı vardır, məsələn məcunu qüvvət, kişilik məcunu, əsmə məcunu və s., çünki bu məcun bədən zəifliyi ilə gedən bütün xəstəliklərdə şəfadır. Məcun kişilərdə iqtidarsızlığı, əllərin ayaqların əsməsini aradan qaldırır, bu məcun insanı sağlam kökəldir, solmuş bənizli üzə həmən bir rəng gətirir, halsızlığı götürür, öskürəyi və bəlğəmi aradan qaldırır. Mən deyərdim ki, həqiqətən 1001 dərdin dərmanıdır.

Hazırlanması:

Sarımsaq (yerli olsun) – 1 kq

Süd (mağaza südü olmaz) – 1.5 kq

İnək yağı ( duzsuz nehrə yağı) – 1 kq

Bal – 1 kq

Zəncəfil – 2 xörək qaşığı

Darçın -1 xörək qaşığı

Hindistan qozu – 4 ədəd

Cirə – 2 xörək qaşığı

Ud hindi – 1 xörək qaşığı

Mixək – 1 çay qaşığı

Əvvəlcə sarımsaq süzgəcdən keçirilir, qaynamaqda olan südün içinə tökülür, zəif odun üstündə 5 dəqiqə qaynadılır, sonra yağ əlavə olunub daha 5 dəqiqə qaynadılır, daha sonra oddan götürülüb həmən bal əlavə olunub qarışdırılır, saydığm bitkilər toz formasında üzərinə əlavə olunub yaxşıca qarışdırılır. Məcunumuz hazırdır, bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.

(3,711 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.