Mən dünən bal haqqında yazdım, bugün isə sirkə haqqında məlumatım var, sonra isə hər ikisinin birgə istifadəsi haqqında yazım olacaq.

Sirkələrin tərkibinə görə ən yaxşısı alma sirkəsidir.

Qandakı şəkər və insulin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stekan suya qarışdırıb içmək lazımdır, amma mədə problemi olanlara olmaz.

Saçlardakı kəpəyi və saç diblərindəki qaşıntı və səpgiləri götürmək üçün 2 xörək qaşığı sirkəni 2 xörək qaşığı su ilə qarışdırın və saç diblərini yuyunandan sonra isladın.

Alma sirkəsi ilə göbələk olan yerlər gündə iki dəfə silinsə, göbələk xəstəliyindən azad olarsınız.

1 xörək qaşığı alma sirkəsinin 1 stekan su ilə qarışımı həm yüksək xolesterini aşağı salır, həm də arıqlamaq üçün yaxşı bir vasitədir. Eyni zamanda bu qarışımın iştah azaldıcı təsiri də vardır.

Alma sirkəsi dərinin PH-nı normal saxlamaq üçün əla vasitədir, ona görədə sifət səpgilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nisbətdə qarışılmış alma sirkəsinə pambıq batırılıb gündə iki dəfə silinir.

Qarın yağlarını əritmək üçün bu nisbət gündə 1 stekan olmaqla 3 ay içilməlidir.

Alma sirkəsində binti isladıb varikozlu ayaqları bağlayıb gündə bir dəfə bədən səviyyəsindən yarım saat hündürdə saxlasanız çıxmış damarlarınız yavaş-yavaş düzələr inşaAllah.

Alma sirkəsinin evdə hazırlanılma qaydası:

5 kq alma

6-7 xörək qaşığı alma sirkəsi

2 stekan şəkər (balda ola bilir)

Yarım çay qaşığı duz

Filtrasiya olunmuş su 4 litr, əvvəlcə almaları yuyub tumunu təmizləyib sürtgəcdən keçirin və yuxarıda yazdıqlarımızın hamısını əlavə edib yaxşı-yaxşı qarışdırıb bir qazana tökün, üstünü qapaqla yox tənziflə örtün günəş dəyməyən temperaturu 25 dərəcədən çox olan bir yerə qoyun və hər gün bir dəfə qarışdırın. Əgər sirkənin daha tez əmələ gəlməsini istəyirsinizsə, içinə qarışan alma sirkəsinin miqdarını 0.5 litrə qədər artıra bilərsiniz. Təxminən 1 aydan sonra sirkəniz hazırdır.

Saydığımız bütün bu halların qarşısını almaq üçün ya sirkəni özünüz evdə hazırlayın və yaxud bu nömrələrə zəng edin – ( 012 ) 561 8501, ( 012 ) 492 7697.

Marketlərdə satılanlar təbii alma sirkəsi deyildir.

(2,684 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.