Mən askarid qurdlarının yayılması və müalicəsi haqqında geniş yazacam, çünki bu parazitlər həqiqətən ciddi müalicə tələb edən parazitlərdir.Askarid qurdları ən geniş yayılmış parazitlərdir (yer kürəsində 60% əhalidə).

Askaridə yoluxmuş adamın bağırsağında bir neçə yüz askarid ola bilər. Yumurtalar nəcislə torpağa düşsə 15 il yolxuculuq qabiliyyətini saxlayırlar. Udulmuş yumurtalardan nazik bağırsaqda süfrələr çıxır. Sonra bağırsaq divarını dəlib qanla orqanlara yayılırlar, 8-10 saata ağ ciyərlərə çatıb ağ ciyərin kapilyar damarlarını dəlib nəfəs yollarına keçirlər, sonra ağıza doğru hərəkət edib tüpürcəyə qarışıb yenidən udulurlar və yenidən nazik  bağırsağa çatıb necə deyərlər əsl həyatlarını yaşamağa başlayırlar.

Bağırsaqlarda 2 aya süfrədən cinsiyetişkən askaridlər əmələ gəlir. Bağırsaqda yaşayan askaridlərin ömrü 1 ildir, təkrar yoluxma olmasa 1 ilə askaridlər bədəndən təmizlənirlər. Böyümüş askaridlər bağırsaqların selikli qişalarını yeyir və bağırsaqdakı həzmə hazır olan qidaları, vitaminləri, mineralları da yeməyə başlayırlar, əvəzində özlərinin nəcislərini buraxırlar, nəticədə bağırsaqlarda erroziyalar, xoralar, qəbizlik və ya ishal, diş qıcama, ürəkbulanma, qusma, dəridə səpgilər, qaşınmalar, ləkələr, saçların tökülməsi, qan azlığı, başgicəllənmə, yorğunluq kimi hallar baş verir. Askaridlər bəzən bağırsaqlarda o qədər çoxalırlar ki, bir-birinə dolaşıb  bağırsaq keçməməzliyi əmələ gətirirlər.

Askaridlərin süfrələri isə qanla qidalanırlar, gündə yarım litr qan yeyə bilirlər. Bu çox təhlükəli bir vəziyyətə səbəb ola bilir. Əksər həkimlərimiz bəzən illərlə yuxarıda saydığım simptomları müalicə edir, amma qurdlar yada düşmür. Yuxarıda saydığım əlamətlər kimdə  varsa, birinci olaraq nəcisdən analiz verməlidirlər.

Bəzən qan analizi də edilir. Ümumiyyetlə, daha yaxşısı  nəcisdən analiz verməkdir, insanlar qurdlara yoluxandan 1 ay sonra qanda antitellər əmələ gəlir və hətta qurdlar öldükdən sonra belə uzun müddət antitellər qanda tapıla bilir, bu da insanları daha artıq və izafı müalicə aparmağa məcbur edir.

Profilaktika: Parazitlərdən qorunmaq üçün meyvələr yaxşı-yaxşı yuyulmalıdır, göyərtilər də çox yoluxdura  bilir, yaxşı olar göyərtilər yuyulmazdan əvvəl 2-3 xörək qaşığı alma sirkəsi qatılmış suda 2-3 saat saxlandıqdan sonra yuyulsun. Uşaqların dırnaqları tez-tez tutulmalıdır. Uşaqlar yataq paltarında yatmalıdırlar və s.

Müalicəsi: Ən yaxşı təsirli vasitələrdən biri balqabaq tumudur. Səhər tezdən böyük adamlar 100 qram uşaqlar 50 qram tum yeyir, 2-3 saatdan sonra 1 xörək qaşığı səna yarpağını (uşaqlar 1 çay qaşığı) 1 stəkan suda dəmləyib içmək lazımdır. Bunu 3 gün etmək lazımdır. 10 gün fasilə verib yenə də 3 gün içmək olar. Başqa bir resept 100 qram balqabaq tumunun üstünə bərabər miqdarda süd və alma sirkəsi qarışığı tökülür məcun kimi olana qədər qarışdırılır. Bu macunu 3 gün ərzində səhərlər ac qarına yemək  lazımdır, yenə 2-3 saat sonra səna çayı içilməlidir.

Ümumiyyətlə, askarid qurdları dağtərxunu, boymadərən, qızılçətir, acı yovşan, gülümbahar kimi bitkilərin dəmləməsindən çox qorxurlar, bu kimi bitkilərin və əlavə olaraq yüngül işlədici təsirli bitkilərin qarışığından hazırlanmış teazol çayı daha məqsədəuyğundur.

Gündə 3 dəfə böyüklər, 2 dəfə uşaqlar 1 filtr bağlama teazol çayını 1 stəkan qaynar suda dəmləyib içməlidirlər, bu müalicə 10 gün müddətində aparılmalıdır.

Müalicədən 2 həftə sonra nəcisdən analiz verib nəticəni yoxlamağı unutmayın.

(10,602 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.