Döyenek: Əgər ayaqlarınızda döyənək (mazol) varsa sintetik sirkə (uksus) ilə unu qarışdırıb xəmir formasına salıb döyənəyin üstünə qoyun, 2-3 dəfədən sonra döyənək düşəcəkdir.

Daban mahmızı: Bu zaman ağrıdan ayaqları aşağı basmaq olmur. Təzə gicitkəni əzib mahmızın üzərinə qoyun, bir müddət bunu mahmız sağalana qədər edin.

Göbələk: Ayaq barmaqlarınızda göbələk varsa, təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlarınızı silin, sonra ayaqlarınızı yumayın. Ayaqlarınız tam sağalsa da buna davam edin, çünki göbələk sporları gec məhv olur.

Ayaq qoxusu: Bəzi insanların ayaq qoxusu normal insanlarla müqayisədə daha çox olur. Bunun səbəbi ayaqların çox tərləməsidir. Bunun üçün 50 qram adaçayı bitkisini 500 qram suda 15 dəqiqə dəmləyib ayaqlarınızı gündə iki dəfə vanna edin.

Ziyil:  Ziyil üçün yaxşı vasitələrdən biri ziyilin üstünə əncir südü tökməkdir. Ziyilin daha bir psixoloji müalicəsi vardır, bələki əgər sizdə ziyil çoxdursa, bu zaman qaraciyəri ziyilin üstünə sürtün, sonra ciyəri basdırın və hər gün ziyillərinizə baxın. İnanın ki, torpaqda ciyər çürüdükcə sizin ziyilləriniz də çürüyüb töküləcəkdir.

(1,411 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.