Babasili olan xəstə böyük bayıra çıxandan sonra soyuq su ilə yuyunmalıdır, bu, həm də qurd xəstəliyinin profilaktikası üçün yaxşıdır. Bundan əlavə qəbizliyin qarşısını almaq üçün gündə 5 km-dən çox gəzməli və bitki qarışıqlarından istifadə etməlidir.

Resept:

Zeytun yarpağı – 50 qram

Bağayarpağı – 50 qram

Dəvədabanı – 50 qram

Səna – 50 qram

Bu bitkilər bir-birinə qarışdırılır, 3 xörək qaşığı 3 stəkan suda termosda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Başqa bir resept:

Üzərlik toxumu – 50 qram

Həlilə – 50 qram

Bu bitkilər tavada qovrulur, sonra toz formasına salınır, 1 çay qaşığı 1 stəkan suda həll edilərək, gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Gündə 5-6 dəfə pambıq parçası təbii alma sirkəsində (marketdə satılanlardan istifadə etmək olmaz) isladılır, anus dəliyinin ətrafına çəkilir.

Əgər babasil yarası dərinləşmişsə, o zaman bu reseptdən istifadə edilir:

Malın iç yağı əridilir, içinə aloe yarpağı tökülür, əlavə 5 dəqiqə bişirilir, sonra süzülür. Yağ şam formasına salınır, gündə 3-4 dəfə düz bağırsağa yeridilir. Bu, yaraların açılıb təmizlənməsinə səbəb olur.

Xına suda bişirilir və gündə 1 dəfə babasil düyünlərinin üzərinə çəkilir, 1 saatdan sonra soyuq su ilə yuyulur.

Qəbizliyin qarşısını almaq üçün gavalı, əncir, şirin alma, üzüm, kök, çuğundur kimi meyvələrin özlərindən və ya şirələrindən, həmçinin zeytun yağından istifadə edə bilərsiniz. Qəbizliyin qarşısını almağın bir yolu da hər gün yeyin-yeyin gəzmək yeməkdən əvvəl və sonra 1 stəkan çiy su içməkdir.

(3,640 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.