Mən nə qədər saysam da bu şərbətin şəfaları bitməz və tükənməz. Sirkə və bal peyğəmbərlərin yeməyi olmuşdur, hər ikisində vücudumuza lazım olan hər şey var. Alma sirkəsi, bal və su qarışımı minerallarla, vitaminlərlə o qədər zəngindir ki, qarışımın tərkib hissələrinin nisbətlərini dəyişməklə insan oğlunda aşkar olunan demək olar ki, bütün xəstəlikləri müalicə etmək mümkündür.

Ağız, boğaz xəstəliklərində:

1 xörək qaşığı alma sirkəsi,

1 çay qaşığı bal,

Yarım stəkan ilıq su.

Boğaz qarqara edilir, tutulmuş səsi açır.

1 çay qaşığı alma sirkəsi

1 çay qaşığı bal

1 stəkan çiy su

Axşamdan hazırlanıb səhər acqarına içilir, səhər hazırlanır axşam içilir.

Bunu ona görə belə edirik ki, bal şərbəti hazırlandıqdan bir neçə saat sonra tərkibindəki malekullar hormonik bir mənzərə şəklində düzülür.

Faydaları:

1 çay qaşığı balın bir stəkan suda qarışığı insanın qan plazması ilə eyni qatılıqda olur.

Orqanizmin bütün minerallara, xüsusən də kalsiuma, kaliuma, maqneziuma, sinkə, dəmirə, misə və s. tələbatı ödənilir. Saydığım bu minerallar çatmayanda yüzlərcə xəstəliklər əmələ gəlir.

Əgər sizdə köp, bağırsaqlarda mikroflora pozulması və bağısaq göbələyi varsa, bunun ən yaxşı çarəsi 3 ay yuxarıda qeyd etdiyim qarışığı içməkdir.

Hər ikisinin tərkibindəki antioksidantlar orqanizmi nəinki piylənmədən qoruyur, hətta piylərin əriməsinə səbəb olur, çünkü antioksidantlar yandırmanı (oksidləşməni) sürətləndirir. Bütün bunlar üçün 5 ay bu tərkib içilməlidir.

Şərbətdən daimi istifadə zamanı mədə və qida borusunun divarı xarici amillərin təsirinə çox dözümlü olur, qaraciyər xəstəliklərində istifadə olunur, öd ifrazını artırır, xolesterin mübadiləsini sürətləndirir.

Xolesterin, lipid, yağ turşularının miqdarını azaldır, insanda immun sistemi elə bir səviyyədə saxlayır ki, bu zaman heç bir infeksiya orqanizmə güc gələ bilmir. İnfeksiyalar xroniki hala keçə bilmir.

Qarışımın başqa faydaları:

– antiparazit təsiri vardır

– bağırsağın filtr fəaliyyətini normallaşdırır

– bədən hüceyrələrini yeniləyir

– bağırsaqların, ümumiyyətlə orqanların işini normallaşdırır

– təzyiq, piylənmə, bronxial astma, bronxit, epilepsiya, qastrit, qadınlarda aybaşı pozulması, kişilərdə cinsi zəiflik, anemiya kimi hallar aradan qalxır. Bütün ürək, qan-damar xəstəlikləri üçün şəfadır.

(7,482 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.