Bu yazı yalnız həkimlərə aiddir.

Dazıotunun çox geniş təsir spektrini nəzərə alıb bəzi xeyirli xüsusiyyətlərini nəzərinizə çatdırıram.

  • Bitkinin tibdə üst hissəsi, əsasən çiçəkləri istifadə olunur.
  • Tərkibi hiperisin, flavonoidlər, (quersetin rutin hiperosid) ksantonlar və s.
  • Dazıotunda tapılan hiperofun adhiperofin maddələrinin, serotonin, noradrenalin, dofamin kimi maddələri inhibə edir (blokadaya alır). Bu təsiri sayəsində depressiya kimi xəstəliklərin müalicəsində hal-hazırda Avropada geniş istifadə olunmaqdadır. Bu bitkinin sulu dəmləməsi CYP 3A4 fermentini aktivləşdirdiyindən bədənimizə daxil olan kimyəvi dərman maddələrinin daha sürətli metabolizmaya uğramasını, toxumalarımızda yığılıb qalmasını əngəlləyir. O səbəbdən bütün növ kimyəvi dərmanlar yanında yazılması məqsədəuyğundur.
  • Bu bitkidə tapılan hipresin və hiproforin maddəsi dəri qaşınması ləkələri kimi, dəri saflığını artırıcı kimi istifadə oluna bilər.
  • Aparılmış sınaqlar nəticəsində bu bitkinin çox güclü virusöldürücü təsiri də ortaya çıxmışdır.
  • İn vivo (cansız şəraitdə) aparılmış sınaqlarda (hiperasinin) şiş əleyhinə təsiri ortaya çıxmışdır. Tam olaraq öyrənilib qurtarmayıb.
  • Troffik yaraların müalicəsi üçün uyğun görülmüşdür.
  • Dazıotu menopauza dövründəki qadınların rast gəldikləri problemləri (ağrılı halı) çox yaxşı bir formada aradan götürmüşdür.
  • Adət öncəsi gərginliyi olan qadınların gərginliyini 50 % azaltmışdır.
  • Hamiləlikdə istifadəsi məsləhət görülməmişdir.

İSTİFADƏSİ:

– depressiyanın bütün formaları

– ürək döyüntüsü (taxikardiya)

– menopauza dövründə (daha rahat keçirmək üçün)

– diqqətsizlik və hiperaktivdlərdə

– halsızlıq, yorğunluq, asteniya kimi psixoloji durumlarda

– fibromiomalarda

– bütün növ ağrıların azaldılmasında

– şiş xəstəliyinin müalicəsində yardımçı olaraq

– vitiliqo xəstəliyində

– nevritlərin ağrılarında

babasildə

ishalda

– yara və yanıqlarda

Tərkibi:

3 xörək qaşığı dazıotu 3 stəkan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

(445 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.