Yəqin ki, hamımız dırnaqları və dırnaq ətrafını yeyənləri görmüşük. Belə şeyləri görən kimi bunun təhlükəsi barədə danışıb insanları dırnaq yeməkdən çəkindirmək lazımdır.

Dırnaq altında müxtəlif mikroblar, bakteriyalar və qurd yumurtaları yaşayır. Biz əllərimizi yusaq da onlara təsir edə bilmirik. Dırnaq yeyənlər asanlıqla həmin mikroorqanizmlərə yoluxurlar, ona görə də dırnaqlar tez-tez tutulmalıdır.

Dırnaqlarının ətraf ətlərini yeyənlər və əllərini manikür etdirənlər dırnaqların ətrafındakı sərtləşmiş dərini götürdüyündən dərinin müdafiə qabiliyyəti azalır və dırnaqların içindəki həmin ziyanlı mikroorqanizmlər bədənimizə rahatca keçə bilir. Bundan başqa kimləsə əl verib görüşəndə də dəridə yaşayan HPV (humulus papilloma virusları) həmin zədələnmiş dərimizdən bədənimizə keçə bilir, bu zaman dəri kondilomaları, göbələk, müxtəlif tipli alalar ve s. əmələ gəlir.

Dırnaqların və qoltuq altının təmiz saxlanılması sünnədə (dinimizdə) də bəyəniləndir.

(581 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.