Bu gün bəlkə bir çox insan fikirləşir görəsən gedimmi duzlu gölə, yoxsa getməyim. Bu gün mətbuatda oranın gigiyenik şəraitsizliyi barədə çox yazılar var. Bəli, bunlar ətraflara aid ola bilər, amma oranın suyunda və palçığında heç bir mikrob ola bilməz, çünki duzlu gölün suyu və palçığı bakteriositdir (yəni mikrob və bakteriyaları öldürür).

Mən deyərdim hər bir insan ildə bir dəfə 2 gündən bir olmaqla 15 prosedur qəbul etsə çox yaxşı olar.

Gölün xeyirləri:

Duzlu gölün palçığının çox faydalı tərəfləri var. Beləki dəri səthinə çəkilmiş palçıq müəyyən vaxtdan sonra quruyur, bu da dərimizin büzüşməsinə səbəb olur. Bu zaman dərimizin altına yığılıb qalmış lazımsız maddələr (tromblaşmış qan ağır metal duzları sellülitə səbəb piy toxuması və s.) həm palçıq vasitəsilə sorulur, həm də büzüşmə nəticəsində geriyə sorulma baş verir. Demək olar dərimiz həm çöldən, həm içəridən təmizlənir və eyni zamanda dərinin məsamələri genişlənir və buda bizi çox rahatladır. 15 prosedurdan sonra siz ekzema səpgilərindən, qaşınmalardan, çivzələrdən, aknələrdən, dəri ləkələrindən harda yerləşməsindən asılı olmayaraq azad olunacaqsınız. Psoriazın və vitiliqonun müalicəsinə yaxşı kömək edir. Ödəmlərin əmələ gəlməsinin qarşışını alır, varikoz genişlənmədən əziyyət çəkənlər üçün əvəzolunmazdır.

Revmatizm, revmatoidli poliartrit, reyno xəstəliklərindən əziyyət çəkənlər pullarınızı cibinizdə saxlayıb palçıq müalicəsi götürün. Duzlu gölün palçığı dəridə olan bütün zərərli canlıları məhv edir (demodeks, qoturluq və s.) adama hipotenziv təsir edir, bununla da stress və depressiyanı aradan qaldırır. Qaraciyər çox rahatlaşır, çünki bədən zərərli toksinlərdən azad olur. Bədəndən gələn pis qoxunun müalicəsi üçün idealdır. Qığırdaq metabolizmasını sürətləndirir, bunula da bütün qırdaq iltihabı xəstəliklərin müalicəsində əvəzolunmazdır (osteoxondroz, revmatoidli poliartrit, brusit, fəqərələrarası sürüşmələr və s). Əzələləri tonuslandırır, bununla da miozid adlı xəstəlik sağalır. Palçıq çox güclü ağrıkəsicidir. Sümük hüceyrələrinin aktivləşdirir, bununla da kalsiumun sorulmasını asanlaşdırır (osteoporoz xəstəliyi), yumşaq toxuma iltihablarını (fibromiomalar) müalicə edir. Palçığı gözaltı nahiyyələrə çəkəndə gözaltı torbalanmalar aradan qalxır. Duzlu gölün yanında yodlu bromlu palçıq var, əsəbləri yerində olmayanlar və hipoteriozdan (zobdan) nəziyyət çəkənlər üçün əladır.

Sonda, bizi Allah çamurdan yaratmışdır, yəni biz torpaqla qohumuq, torpaqdan bizə ziyan gəlməz, sadəcə torpaq yemək olmaz və bu dinimizdə də bəyənilmir.

(332 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.