Enurez, yəni altını islatma problemli xəstəliklərdən biridir. Oğlan uşaqları qız uşaqlarına nisbətən enurez xəstəliyinə iki dəfə çox tutulurlar, çünki qızlarda sümükləşmə oğlanlara nisbətdə daha tez başlayır. 10 yaşdan yuxarı hər 100 nəfərdən birində həmin xəstəliyə rast gəlinir.

Uşaqların sidik saxlaya bilməməsi onlarda psixoloji sarsıntılara səbəb olur və buna görə onlar bağçaya, bir neçə günlük gəzintiyə getmək istəmirlər. Bəzən valideynlər də uşaqları başa düşmür və onları incidirlər. 5 yaşına qədər uşaqlarda enurez zamanı valideynlər onları psixoloji cəhətdən tərbiyə etməlidirlər.

Enurezin əmələ gəlməsi səbəblərinə irsi meyillik, sidik kisəsinin zəif innervasiya olunması, əsəbilik, sidik kisəsinin iltihabı aid edilir.

Enurez zamanı xəstənin sidik yolları, böyrəkləri və sidik kisəsi yoxlanmalıdır. Sidik yollarında soyuqlama və ya iltihabi əlamətlər olanda 10 gün Urotea çayı qəbul edilməlidir.

Müalicələr

Yatmazdan 2-3 saat əvvəl maye qəbulu dayandırılmalıdır.

Enurezli uşaqları çox əsəbiləşdirməmək lazımdır.

Sidik kisəsinin sinir innervasiyasını artırmaq üçün bir dəfə beldən və büzdüm üstündən həcəmət olunmalıdır.

Sümükləşməni daha da sürətləndirmək üçün səhər yeməyindən 1 saat əvvəl 1 ədəd xırda doğranmış əncir vam ocaqda 1 stəkan süddə 10 dəqiqə qaynadılır, soyudulur və içilir.

Yatmazdan 2 saat əvvəl yarım çay qaşığı mərcangilə yarpaqları 100 qram suda dəmlənir, dəmləməyə yarım çay qaşığı bal qarışdırılaraq uşağa içirdilir.

Gündə üç dəfə yeməkdən əvvəl Nat-Udi hindi kapsulu içmək məsləhətdir.

1 kq quru iydə, qabıqları və tumları ilə birlikdə qəhvəüyüdəndə üyüdülür, toz formasına salınır. 5 yaşdan aşağı uşaqlar üçün yarım çay qaşığı iydə tozu bir stəkan kənd südündə 2 dəqiqə qaynadılır, ilıq şəkildə gündə 2 dəfə içilir. 5 yaşından böyük uşaqlara gündə iki dəfə bir çay qaşığı tozdan hazırlanmış südlü bişirmə verilir. Müalicə müddəti 1 aydır. Axşam yatmazdan əvvəl bel və büzdüm sümüyünün üstü masaj edilməlidir.

(2,713 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.