Hal-hazırkı dövrümüzdə gö-bələklərin insan orqanizmində yayılması həddindən çox artmış və böyük bir problemə çevrilmişdir. İllərlə müalicə olunmasına baxmayaraq sağalmayan xəstəliklərin səbəbləri göbələklər də ola bilər.

Orqanizmdə göbələk patologiyaları 2 formada rastlanır: xarici, yəni əllərdə, ayaqlarda, saçların dibində və s. yerlərdə parazitlik edən göbələklər və daxili, yəni mədə-bağırsaq, ağciyər, bronxlar, sidik yolları və s. orqanları zədələyən göbələklər.

Xarici göbələklərə diaqnoz qoymaq daha asandır. Əvvəlcə ayaq barmaqlarının arası qaşınır, sonra sulanır. Bəzən əl barmaqlarının aralarında da sulanmalar və qaşınmalar olur. Xarici göbələklər keçicidir, onlara tutulmamaq üçün təmizliyə diqqət edilməli, heç kimin fərdi gigiyena vasitələrindən və başmaqlarından istifadə olunmamalıdır.

Müalicə üçün 0.5 litr alma sirkəsinin üzərinə 5-6 xörək qaşığı sintetik sirkə (essensiya) əlavə olunur, ayaqlar və əllər gündə 2 dəfə həmin qarışıqla silinir. Silinəndən sonra bir neçə saat yuyulmur. Və yaxud

0.5 litr alma sirkəsinin üzərinə 3 diş sürtgəcdən keçirilmiş sarımsaq əlavə olunur, 10 gün saxlandıqdan sonra tənzifdən süzülür, gündə 2 dəfə qaşınan nahiyələri silmək üçün istifadə olunur.

Saçlarda göbələk varsa, bu zaman qaşınma və kəpəklənmə əmələ gəlir. Onda yumazdan əvvəl saçlara rəngsiz xına qoyulur, 2 saatdan sonra yuyulur (ümumiyyətlə saçlarınızın rənginə uyğun xına qoysanız daha yaxşıdır, məsələn, saçlarınız şabalıdıdırsa Fitoton şabalıdı daha keyfiyyətlidir, çünki rəngsiz xınada xına bitkisinin gövdəsi, rəng verənlərdə isə yarpaqlarında istifadə olunur). 1 stəkan ilıq suyun üzərinə 4 xörək qaşığı alma sirkəsi əlavə edilir və saçlar yuyulduqdan sonra sirkəli su ilə yaxalanır. Saçları Fitoton Gicitkən şampunu ilə yumaq faydalıdır. Bu müalicəni həftədə 2 dəfə etmək olar. Cəmi 2 ay edilir.

Daxili göbələklər uzun müddət antibiotik preparatları, hormonal dərmanlar, allergiya əleyhinə antihistamin preparatlar, hamiləliyin qarşısını alan kontraseptiv vasitələrin qəbulundan sonra, həmçinin B12 vitamininin çatışmazlığı, xörəklərin mis qabdan yeyilməsi, mənzilin nəm olması və havasının dəyişdirilməməsi zamanı baş verə bilər. Xəstədə halsızlıq, ürəkbulanma, cinsi istəyin azalması, yorğunluq, dəridə uzunmüddətli səpgilər, həddindən artıq köpmə, ishal və ya qəbizlik kimi hallar müşahidə olunur. Xəstələrdə böyük bayıra çıxandan sonra yenə də istəyin olması kimi hallar baş verir.

Ümumiyyətlə, daxili göbələklər çox təhlükəlidir, çünki həmin göbələklərin mütəmadi ifraz etdiyi toksinlər qaraciyəri yükləyir, bərkimə və piylənməyə səbəb olur. Spirtli içki qəbul etməsə də xəstələrin ağzından alkoqol iyi gəlir. Göbələklər mədə və bağırsaqların divarını zədələyib yaralar əmələ gətirdiyinə görə yemək yeyəndən sonra mədə nahiyəsində kəskin ağrılar baş verir. Oynaq və əzələlərdə daimi ağrılar olur, xəstələr illərlə revmatizmdən müalicə almasına baxmayaraq ağrılar keçmir.

Daxili göbələklər qan vasitəsi ilə yayılaraq ağciyərlərdə və bronxlarda çoxala bilir, bu zaman öskürək və astma tipli boğulmalar əmələ gəlir. Bəzən qanla sidik yollarına və qadınlarda uşaqlıq yoluna qədər gəlib çıxır, bu zaman tez-tez sidik ifrazı və qaşınmalar əmələ gəlir, uşaqlıq yolundan daima ağ ifrazat xaric olur. Göbələklər burun boşluğuna yayıldıqda isə nəfəsalma çətinləşir. Rinit əlamətləri başlayır.

Daxili göbələklər karbohidratlarla (şəkərlə) qidalandığından orqanları göbələklə zədələnən xəstələr şirin qidalara meyilli olur.

Bu qədər geniş yazmağımın səbəbi göbələk infeksiyasının həqiqətən də ciddi bir xəstəlik olması ilə əlaqədardır.

Öncədən qeyd edim ki, müalicəyə başlamazdan əvvəl qan və nəcisin müayinəsi aparılmalı, göbələk infeksiyasının olub-olmaması dəqiq müəyyən olunmalıdır.

Müalicə

– Əvvəlcə göbələklərin sevdiyi qidadan uzaq durmaq lazımdır, müxtəlif şirniyyatları, ağ çörəyi, şirin qazlı içkiləri, üzərində kif əmələ gəlmiş yeməkləri qida rasionundan çıxarmaq önəmlidir.

– Göbələklərin daxili orqanlara yayılmasının qarşısını alan ən yaxşı vasitə idmandır, yəni qaçış, sürətli yeriş və s. Xalqımızın yemək zamanı istifadə olunan gözəl qarışımları var. Amma çox təəssüf ki, indi bu qarışımların istifadəsi azalıb. Bunlara sarımsaqlı qatığı aid etmək olar. Daxili göbələklərin müalicəsində 10 gün müddətində fasiləsiz sarımsaqlı qatıq yeyilməli, ağızdan pis qoxunun gəlməməsi üçün qarışım çeynənmədən udulmalıdır. 10 gündən sonra 10 gün fasilə verib yenə 10 gün sarımsaqlı qatığı yemək lazımdır.

– Yeməkdən əvvəl sürtgəcdən keçirilmiş kələm və kökdən hazırlanmış salat yeyilməlidir. Salatın üzərinə rafinə olunmamış zeytun yağı və təbii alma sirkəsi tökməyi unutmayın.

Resept:

Boymadərən – 100 qram

Çobanyastığı – 100 qram

Dazıotu – 100 qram

Qaraqınıq – 100 qram

Zəncəfil – 100 qram

Bitkiləri bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı 3 stəkan su tutan termosda dəmləyin, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.

– 1 ay boyunca gündə 2 dəfə (səhər, axşam) 1 xörək qaşığı təbii alma sirkəsini 1 stəkan çiy suya qarışdırıb yeməkdən 2 saat sonra için.

Daxili göbələklər üçün daha bir təsirli resept: 2 litrlik şüşə bankaya 200 qram yulaf tökün, üstünə 1 litr su, yarım litr kefir əlavə edin, ağzını tənziflə bağlayın, isti bir yerdə 3 gün saxlayın, sonra süzün, ağ bir qarışım əmələ gələcək. Onu soyuducuya qoyun, hər gün səhər tezdən məhluldan 2-3 xörək qaşığı götürüb 400 qram suya qarışdırıb gün ərzində için.

Uşaqlıq yolunda göbələk varsa, gigiyenik tamponu qara zirə yağında yarım saat saxlayın, sonra uşaqlıq yoluna qoyun, gündə 1 dəfə 2 saat saxlayın.

(3,053 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.