Gəlin, əvvəlcə göz xəstəliyi və görmənin necə baş verməsi tarixinə baxaq, görək bu tarixi kimlər yazıb. Göz görmə haqqında ilk dəfə Qalen və Okulid nəzəriyyə etmişlər, belə demişlər ki, guya gözlərdən şüalar çıxır və o şüalar hesabına biz görürük. Bunların hər ikisinin böyük müsəlman alimi Əl Razi səhv olduğunu sübut etdi və gözün necə görməsini dəqiq söylədi, amma görürsünüz ki, göz həkiminin qapısına okulist yazılır. Bu, həmin o Okuliddir hansıki səhv nəzəriyyə vermişdir. Razinin isə adı yoxdur. Göz üzərində ilk dəfə cərrahi əməliyyatı yenə də Müsəlman alimi Əli bin Abbas etmişdir. Mən deyərdim heç göz həkimlərinin çoxusu bu alimi tanımır, nəinki sadə vətəndaşlarımız.

Gələk Peyğəmbərimiz (s. a. s.) göz xəstəlikləri haqqında belə demişdir: “Əgər gözünüzün işıqlı və kipriklərinizin sıx olmasını istəyirsinizsə, axşam yatmazdan əvvəl ismid sürməsindən istifadə edin” (qeyd kipriklər nə qədər uzun və sıx olarsa bu göz sağlamlığı üçün önəmlidir) və sonra belə buyurmuşdur: “Mən gecələr yatmazdan əvvəl 3 dəfə sağ 2 dəfə sol gözümə sürmə çəkirəm. Əgər gözləriniz ağrıyırsa, torpağın yağından əmələ gələn dombalan (və ya göbələk) suyundan gözünüzə tökün. Əgər gözləriniz şişmiş və ya qızarmışsa, bu hərarətin artması deməkdir, bunu soyuq su ilə söndürün. Əgər gözlərinizin işıqlı və yaddaşınızın yaxşı olmağını istəyirsinizsə, 2 qulaq ardından və təpədən biraz aşağı başınızı həcəmət etdirin.”

Böyük alim imam Cəfər Sadıq (Allah ondan razı olsun) demişdir: “Gözlərimiz ona görə badam formasındadır ki, göz suyu və dərmanlar axıb təmizlənə bilsin.”

Bəzi insanlar günəşə çıxan kimi eynək taxırlar, bu, çox səhvdir. Unutmayın, qaşlar və kipriklər günəş şüasını bizim gözlərimizin dibinə düşməsinə şərait yaradırlar. Deməli günəş şüası gözə xeyirdir. Gözün görmə ilə bağlı 3 xəstəliyi var: uzaq görmənin pozulması, yaxın görmənin pozulması və hər ikisinin pozğunluğu (astiqmatizm).

Bunlardan hansı biri varsa, bunları edərsiniz inşaAllah. Əgər gözləriniz uzağı yaxşı görmürsə, qaşınır, acışır və gecələr aydın havada görmürsə, sizdə A vitamini, sink və selen çatışmır. Bunun üçün zəngin A vitamini mənbəyi okean balığının yağından için, sink və selen isə bütün növ ləpəlilərdə, ləbləbilərdə və dəniz məhsullarında bol olur (dəniz kələmi bitkisini əzib salatlarınıza qatıb yeyə bilərsiniz). Göz sulanması varsa, qoz yarpağının dəmləməsi ilə gözünüzü yuyun, gözləriniz qızarır və ya acışırsa qızılgül ləçəklərinin dəmləməsini gündə 5-6 dəfə gözünüzə tökün. Bütün bu kimi halların baş verməməsi üçün razyana, cirə, zirə, gülümbahar (dəmləmələri için, bunlarda zəngin A vitamini və beta karotin var) Bütün sarı meyvələr beta karotinlə zəngin olduğundan gözə xeyirlidir. Ən çoxda yemiş, ərik, kök, mandarin, balqabaq. Kök və balqabaq şirələrini hər gün için.

Yaxıngörmədə problem varsa, balıq, cəfəri, şüyüd, göy soğan, kahı, kərəviz yeyin. Əgər həkim sizə torlu qişanızda problem var demişsə, bol-bol balla itburnu dəmləməsi için. Bu gün kimin gözü ağrıyırsa aptekdən hormonal göz damcıları alıb istifadə edir, unutmayın, bu sizə az yox, çox ziyandır birazdan dalınca göz təzyiqi deyilən və müalicəyə çox çətin tabe olan qlaukoma xəstəliyi gəlir. Əgər gözünüzdə hələ təzə-təzə katarakta (mirvari suyu) varsa, gündə 4-5 dəfə gözünüzə təzə sumaq dəmləməsi tökün. Gözün uzaqgörməsini və ümumiyyətlə görməni yaxşılaşdırmaq üçün qaragilə yarpaq və zoğlarının dəmləməsini uzun müddət için. Əgər gözləriniz tez-tez quruyursa, gözlərinizə bal şərbəti tökün. Əgər sizdə şəkər xəstəliyi varsa, bu xəstəliyin birinci zərbəsi gözə dəyir. Hər gün 5 km-dən çox gəzin, zəncəfil dəmləməsi için. Hər gün sarımsaqdan istifadə edin, sarımsaq yeyə bilməsəniz şəfalı şərbətlər (sarımsaq, alma sirkəsi, bal) ondan istifadə edin. Yaz və payız aylarında 50 ədəd zəli qoydurun. Sonda gözlərinizi qorumaq istəyirsinizsə, televizor və kompyuter qarşısında az oturun. Boş vaxt olan kimi açıq havada gəzin.

Gözlərinizdən həmişə sevinc yaşları gəlsin, qəm və kədər yaşları yox.

(2,746 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.