Gözdəymə, necə deyərlər, bizim mentalitetimizə işləmiş bir termindir, bəzi adamlar inkar edir, bəziləri isə inanır.

Əgər bu varsa bizim sağlamlığımıza ziyan verəcək və qarşısı alınmalıdır. Mən isə gözdəymənin dinimizdə olub-olmamasını araşdırdım.

Peyğəmbərimiz (s. ə. s.) belə buyurmuşdur: “Göz dəyməsi gerçəkdir”. Qədərimizi aşa biləcək bir şey olsa idi, bu gözdəymə olardı. Daha sonra buyurmuşdur – gözdəymiş insana abdəst (dəstəmaz) alması əmr edilir, o da abdəst alır, sonra həmin abdəst suyu nəzər dəymiş insanın başından tökülər və bütün vücudu bu su ilə islanardı.

Bir gün Amir adlı səhabə Sehl adlı bir səhabəni çimərkən gördü və belə dedi Allaha and olsun ki, mən indiyə qədər belə bir vücud görməmişdim. Bundan sonra Sehl gündən günə gerilədi. Bu hadisəni Peyğəmbərimizə (s. ə. s. ) söylədilər. Peyğəmbərimiz (s. ə. s. ) Amiri danladı və Sehlin abdəst suyunun yenidən üstünə tökülməsini əmr etdi və bundan sonra Sehl düzəldi.

Bəzi hədislərdə isə göz dəyilən insan nəzərdən pis baxışdan Allaha sığınması istənilir və bədnəzərin nəzərlərinin özünə yönləndirilməsi Allahdan istənilir.

(1,244 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.