Herpes virusları orqanizmdə illərlə qalan və üzücü xəstəlik törədən infeksiyadır, 2 forması olur: 1-ci və 2-ci tiplər.

1-ci tip ağız, burun, yanaq ətraflarının dərisində yayılır, 2-ci tip isə cinsiyyət üzvlərində aşkar olunur. 2-ci tip herpes daha təhlükəlidir, bəzən illərlə davam edir, cinsiyyət üzvü nahiyəsində qaşınma, suluqlama, ağrı və s. ilə müşayiət olunur. Xəstəlik kontakt yolu ilə dəri və selikli qişalarda olan mikroçatlardan, sıyrıntılardan yoluxur.

Herpes bəzən illərlə müalicə olunsa da yaxşı effekt almaq olmur. Amma bu xəstəliyin təbii yolla çox sadə bir müalicəsi var.

1 ədəd limon qabığı (yerli limon olsun) sürtgəcdən keçirilir, üzərinə 3-4 diş sürtgəcdən keçirilmiş sarımsaq əlavə olunur, qarışdırdıqdan sonra üzərinə yarım çay qaşığı ağ gil əlavə olunur və yenə yaxşı qarışdırılır. Gündə 2 dəfə herpesə yoluxmuş nahiyələrə çəkilir, yarım saata qədər saxlanıldıqdan sonra yuyulur. 10-15 günə herpesdən əsər-əlamət qalmır. Cinsiyyət üzvlərinin ətrafında əmələ gələn 2-ci tip herpeslərə isə 2 xörək qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır, sonda qara jelatinəbənzər maddə əmələ gəlir. Bu maddəni şüşə qaba yığıb soyuducuya qoyun, pambıqla gündə 3 dəfə herpeslərin üstünə vurulur. Sağalana qədər.

(798 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.