İmmunitet sözünü nə olduğunu soruşsaq ilk cavab belə olacaq xəstəliklərə müqavimət. Bəli, belədir, bəs necə etmək lazımdır ki, bizim orqanizmimiz az xəstələnsin və xəstəlikləri rahat keçirsin? Bəzi adamlar bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda və s. görürlər.

Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik xəstə də, elə yaşamaq lazımdır ki, həmişə sağlam qalasan. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yeməli, çiy su içməli, açıq havada gəzməli və əsəbdən özünü qorumalıdır.

Çalışmaq lazımdır ki, doğuş təbii doğuş olsun, bunun yeni doğulmuş uşağın immun sisteminə faydası çoxdur. Uşağa analar maksimum dərəcədə çalışmalıdırlar ki, ana südü versinlər. Unutmayın, kimlər indi və bundan sonra nə qədər desələrdə ki, bu yemək ana südündən yaxşıdır inanmayın, bunlar hamısı yalandır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bu antitellər uşaqdakı antitellərlə birləşıb uşağın immunitetini formalaşdırır.

Bəs nə etməli ki, sağlam olaq? Birinci növbədə immuniteti aşağı salan yeyəcəkləri bilmək lazımdır. Bunlara aiddir: ağ çörək, şirniyyatlar, cipsilər, qazlı içkilər, konserv məhsulları, bişirmə vaxtı yanmış yeməklər. Ümumiyyətlə, imkan daxilində təbii yeməklərə üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanılmış yeyəcəklərin tərkibindəki qatqılar immunitetə pis təsir edir.

Hər gün açıq havada 2 saata yaxın gəzmək çox yaxşıdır. Yemək yeyən zaman yeməkdən əvvəl meyvə, salat və tərəvəzlər yeyilsə yaxşıdır. Yemək yeyən zaman 1 növ yemək yeyin, yeməkləri bir-birinə qarışdırmayın. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədənizi yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış yeməkdən durun. Yemək zamanı bol göyərtilərdən, soğandan, sarımsaqdan istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin.

İmmunitetin ən əsas düşmənlərindən biri də əsəbdir. Özünüzü əsəbdən qoruyun. Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kəfir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün lazımdır. Yayda 2 litr, qışda 0.5-1 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, ona alma sirkəsidə qarışdırılsa çox yaxşıdır. Gündə 1 xörək qaşığı qarazirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, ud hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballinanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə gündə birini çay kimi dəmləyib için və ya gündə 3 stəkan immunitea çayı için.

Mövsümü meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün bədənimizdə orqanlarımızı qidalandıran qanın mütləq təmiz və saf olması lazımdır. Bunun üçün ildə 2 dəfə həcəmət etdirin, 2 dəfə zəli qoydurun (hər dəfədə 40 ədəd zəli).

İmmunitetin həmişə yüksək səviyyədə olması üçün böyüklər ildə iki dəfə hər dəfədə 1 kq, uşaqlar isə 0.5 kq aşağıdakı məcundan yesinlər. Dozası belədir: böyüklər 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl yesinlər.

 Zəncəfil – 50 qram

 Jenşen kökü – 50 qram

 Çiçək tozu – 50 qram

 Ud hindi – 50 qram

 Exinaseya kökü – 50 qram

 Biyan kökü – 50 qram

 Bal – 0.5 kiloqram

 Keçibuynuzu bəkməzi – 0.5 kiloqram.

– Məcunu Fito Club-da hazırlatdıra bilərsiniz.

 Tel: (012) 561-85-01, (012) 492-76 97

(2,907 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.