Əgər sizdə mənşəyindən asılı olmayaraq köp varsa, bunun üçün xalq təbabətində çox gözəl bir üsul var. Boymadərən ərağı deyəndə siz içilən araqla müqayisə etməyin, bunu içəndə adam məst olmur və haram deyil, amma şəfa tapır.

Boymadərən çox şəfalı bir bitkidir. Boymadərən haqqında geniş bir yazı yazaram. Onun bütün şəfalı xüsusiyyətləri boymadərənin suda dəmləməsinə aiddir. Boymadərən ərağı ilə sulu dəmləmə başqa-başqa şeylərdir. Boymadərən ərağı istənilən ağır yeməyi rahatca həzmə verir. Yemək zamanı 2 xörək qaşığı içilsə, yeməkdən sonra heç bir köp əlamətləri olmur, mədə-bağırsağı işləməyə məcbur edir, bununla da bütün köp əlamətlərini aradan götürür. Hətta bağırsaqlarında şiş xəstəliyi olanlar belə köpdən əziyyət çəkirlərsə, yenə də yemək zamanı 2-3 qaşıq içsələr köpdən azad olarlar inşaAllah.

Hazırlanma qaydası:

100 qram boymadərən otu 1 litr suya tökülüb qaynadılır, qaynama zamanı su buxarı tutulub kondensasiya (buxar soyuq suyun içindən keçirilir) edilir, boymadərən ərağınız hazırdır.

Əgər hazırlaya bilməsəniz, bizim Fito Club-a müraciət edin mən sizin üçün hazırlayaram.

(489 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.