Bəzən ona lyambliya qurdu da deyirlər, əslində lyambliya gözlə görünməyən kiçik birhüceyrəlidir. Əsasən nazik bağırsaqda və bəzən öd yollarında parazitlik edir. Açıq su hövzələrinə və ya çaylara xəstələrin nəcisləri töküləndə həmin suyun içilməsi, onunla suvarılan tərəvəz-lərin yeyilməsi lyamblioza tutulmaya səbəb olur.

Xəstəlik nəticəsində nazik bağırsaq və qaraciyər zədələnir, ürəkbulanma, iştahasızlıq, qarının üst nahiyəsində ağrı, bəzən ishal və arıqlama halları olur.

Uşaqlarda həmin əlamətlər yarananda nəcis müayinəyə verilməli, lyambliya aşkar olunmadıqda 1 ay sonra təkrar müayinə olunmalıdır.

Müalicə zamanı şirin qidalar azaldılmalıdır, çünki lyambliyalar, əsasən karbohidratlarla qidalanır. Sarımsaq nəinki lyambliozu, həmçinin digər qurdları da, xüsusən də bağırsaqlarda parazitlik edən növləri məhv edir. Sarımsaqlı qatıqdan və yaxud Nat-Sarımsaq kapsullarından da istifadə etmək olar. Gün ərzində 2-3 diş sarımsaq yeyilməlidir və ya 2-3 diş sarımsaq sarımsaqəzəndən keçirilir, 1 kasa qatığa qarışdırılır yeməkdən yarım saat əvvəl yeyilir. Gündə 1 dəfə 10 gün yeməkdən sora 10 gün fasilə verib, yenə 10 gün davam etmək olar. Gündə 3 dəfə yeməkdən əvvəl böyüklər 2, uşaqlar 1 sarımsaq kapsulu içə bilərlər.

3 stəkan su tutan termosa 2 buğum zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək və 1 çay qaşığı bal tökülərək qarışdırılır, 1 həftə ərzində gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir.

Yeməkdən əvvəl 1 filtr-bağlama Teazol çayı 100 qram suda dəmlənərək uşaqlara verilməlidir. Prosedur 10 gün aparılır.

(12,788 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.