Askarid haqqında yazımdan sonra lyambliya haqqında yazmağımı xahiş etdilər İnşAllah ki, faydalı olar.

Bəzi adamlar buna lyambliya qurdu da deyirlər amma əslində bu qurd deyil lyambliya gözlə görünməyən kiçik birhüceyrəlilərdir. əsasən nazik bağırsaqda və bəzən öd yollarında da parazitlik edə bilirlər. Əsasən xəstə insanların nəcisləri açıq su hövzələrinə vəya çaylara tökülən zaman bu sudan içəndə tərəvəzləri sulayanda həmin bu tərəvəzlərin yeyilməsi zaman insanlar lyambliyoz xəstəliyinə tutulurlar. Xəstəlik zaman nazik bağırsaq və qaraciyər zədələnir. Lyambliya zaman ürəkbulanma, iştahsızlıq, qarının üst tərəfində ağrı, bəzən ishal v əarıqlama kimi hallar olur.

Əgər uşaqlarda belə hallar baş vermişsə yaxşı olar nəcisdən analiz verəsiniz və əgər nəcisdən lyambliya aşkar olunmasa və bu əlamətlər varsa yaxşı olar 1 ay sonra yenə analiz verilsin.

Müalicəsi: müalicə müddətində şirin yeyəcəklərin yeyilməsi azaldılmalıdır, çünki lyambliyalar əsasən karbohidratlarla qidalanırlar. Mənim məsləhət gördüyüm yaxşı vasitələrdən biri sarımsaqdır, çünki sarımsaq nəinki lyambliyoza, hətta bütün qurdlara təsir edir. Sarımsaq həm də ödqovucu olduğundan öd yollarında parazitlik edən qurdlara da öldürücü təsir edir. Müalicə məqsədilə sarımsağın özündən və ya qatıqlı sarımsaqdan və yaxud sarımsaq kapsullarından istifadə edə bilərsiniz. Məsələn gün ərzində 2-3 diş sarımsaq yeyə bilərsiniz. 10 gün müddətində və ya gündə 3 dəfə yeməkdən əvvəl böyüklər 2, uşaqlar 1 sarımsaq kapsulu içə bilərlər.

Başqa bir resept: 3 stəkan su tutan termosa 2 buğum (orta barmağın üçdə ikisi qədər) zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək, 1 çay qaşığı bal qarışdırıb 1 həftə ərzində gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək lazımdır.

Ümumiyyətlə, askarid qurdlarına təsir edən bitkilər lyambliyoza da yaxşı təsir edir. Bu məqsədlə 1 həftə ərzində uşaqlar yeməkdən əvvəl 1 filtr bağlama teazol çayını 100 qram suda dəmləyib içə bilərlər.

(5,031 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.