Mədə-bağırsaqla bağlı mənə verilən bəzi sualların cavablarını paylaşmaq lazım bildim ki, hamı istifadə edə bilsin.

Mədənizdə qıcqırma və turşuluq varsa belə edin: Zəncəfil, çobanyastığı, nanə, biyan kökü – bu bitkilərin hərəsindən 1 çay qaşığı götürün, 3 stəkan su tutan termosda dəmləyin, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.Mədə nahiyyəsində sancılar olan zaman əlinizi mədə üstünə qoyub dəyirmi formada masaj edin, sancı keçməsə 1 çay qaşığı darçını 1 xörək qaşığı bal ilə qarışdırıb yeyin, ağrılar keçəcəkdir.

Daimi mədə qıcqırması və köp olursa, yemək yeyən zaman ağzınızdakı tikəni 30 dəfə çeynəyin bu zaman ağız suyu yeməyə daha yaxşı qarışır, ağız suyu qələvi xassəli olduğundan mədə turşusunu neytrallaşdırır və rahat həzm olunur. Köp varsa bol-bol turp yeyin. Turp həm də ödün də tərkibini durulaşdırır (öd daşlarının əriməsinə vəsilə olur). Boymadərən, qaraqınıq, zəncəfil, razyana hərəsindən 1 çay qaşığı 3 stəkan su tutan termosda dəmləyin gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.

Tez-tez ürəkbulanma varsa (hamilələr də istifadə edə bilər) içdiyiniz bütün mayelərə (çay, su, şirə hətta salatlar və yeməklər) 1-2 çimdik zəncəfil tozu qarışdırın.

Bağırsaq mənşəli yaralar və xoralar varsa (hətta qeyri-spesifik olsa belə) boymadərən, gülümbahar, quşəppəyi hərəsindən 1 xörək qaşığı 3 stəkan su tutan termosda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməyiniz məsləhətdir.

Bütün mədə-bağırsaq problemlərində 3 xörək qaşığı zəyərək toxumunu 3 stəkan su tutan termosda dəmləyib, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içə bilərsiniz. Bu çay hətta babasilin, kolitin, qastritin və qəbizliyin müalicəsində də effektlidir.Yeni doğulmuş uşaqlarda köp və qusma çox olur. Bu təbiidir bundan çox qorxmağına dəyməz, çünki yeni doğulmuşlarda bağırsaq mikroflorası hələ inkişaf etməmişdir.

Bu zaman 1 çimdik razyana, 1 çimdik qaraqınıq bitkilərini yarım stəkan suda dəmləyib az şirin edib yeməkdən əvvəl verə bilərsiniz. 100 qram zeytun yağına 1 çay qaşığı nanə, 1 çay qaşığı bibəriyyə töküb adi çay kimi 20 dəqiqə dəmləyin, 1 gün sonra süzün, bu yağ ilə uşağın qarnını çox köp olan zaman masaj edin.

(4,199 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.