Öd daşı xəstəliyi müalicəyə çox çətin tabe olan bir xəstəlikdir.

Əgər sizdə belə bir xəstəlik varsa, birinci növbədə səbirli olmalısınız. Daşı parçalayan bitkiləri qəbul etmək olmaz, çünki daş böyük olan zaman öd axacağını tuta bilər, bu da dəhşətli ağrılarla nəticələnə bilər. 1 ay boyunca gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı zeytun yağı için. 1 ay gündə 10-15 ədəd iydə yeyin. 1 ay gündə 1 dəfə yeməyinizi ağ turpla (ağ turp böyük olur) yeyin.

Siz bu müalicəyə başlamazdan əvvəl və sonra nəticəni bilmək üçün daşlarınızın ölçüsünü UZİdə yoxlatdırın.

Əgər müalicədən əvvəl və sonra öd daşlarının ölçüləri 3 millimetrdən böyük deyilsə, qatırquyruğu dəmləməsi içə bilərsiniz. 2 xörək qaşığı qatırquyruğu bitkisini 3 stəkan suda 10 dəqiqə dəmləyib termosa tökün, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.

(554 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.