Bəzi xəstəliklərin müalicəsi Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) tərəfindən çox sadə üsullarla aparılıb, bunları nəzərinizə çatdırmağı özümə borc bildim.

Göz xəstəlikləri

Dinimizdə xəstəliklər bədən rütubətinin artması və ya quruması ilə əlaqədar iki yerə bölünür, həmçinin bütün qidalar da 2 yerə bölünür: bədənimizi rütubətləndirən və bədənimizi qurudan, yəni rütubəti azaldan ərzaqlar. Göz xəstəlikləri başda rütu-bətin artmasından sonra əmələ gəlir. Məsələn, göz və onun ətraf toxumalarının şişməsi, yəni konyuktivit və blefarit buna misal ola bilər. Peyğəmbərimizin (səlləlləhu aleyhi vəsalləm) xanımlarından biri bu xəstəliyə tutulanda ona xurma yeməyi məsləhət görmür, çünki xurma bədəni rütubətləndirir və sağalana qədər yatağını ayırır. Müalicə kimi isə gündə 8-10 dəfə soyuq su ilə göz almalarını yumasını məsləhət edir və belə deyir: “Gözün şişməsi və qızarması onun hərarətinin artmasının əlamətidir”. Hərarəti su ilə söndürür və göz sağalana qədər əl vurmasını qadağan edir. Yatağın ayrılması isə o vaxtlar heç kimə məlum olmayan yoluxucu xəstəliklərin profilaktikası idi.

Bədən hərarətinin artması

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) hərarətin artması zamanı belə söyləmişdir: “Əgər sizdə hərarət varsa, onu söyməyin. Atəş cəhənnəmdəndir, onu su içməklə söndürün, hərarətli insanın günahları payızda ağacdan yarpaqlar tökülən kimi tökülər”.

Uşaqlarda hərarət varsa, onu tez salmağa çalışmayın, çünki hərarət uşaqların immun sistemini formalaşdırır. Yalnız çox qalxan zaman bədənini alma sirkəsi ilə ovuşdurub qızdırmanı aşağı salmaq olar.

(4,235 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.