Bu məlumatdan xəstə insanlar və həkim həmkarlarım da istifadə edə bilərlər. Psoriaz çox təəssüf ki, müalicəsi olmayan bir xəstəlikdir, amma bu o demək deyil ki, xəstələrimiz özlərini ümidsiz və çarəsiz hiss etməlidirlər. Əgər yazılanlara diqqət etsəniz, bu xəstəliyin simptomları özünü göstərməz və yaxud çox yüngül formada olar.

Psoriaz səpgiləri özünü çox aydın bir formada biruzə verir, əsasən dirsəkdə, dizdə, başda, beldə, qarın boşluğunda səpgilər daha çox olur. Psoriaz dəri xəstəliyi deyil, psoriaz bütün bədənin xəstəliyidir. Bu zaman dəri müalicəsi ilə paralel daxili orqanların da müalicəsi aparılmalıdır. Psoriaz xəstələri ağ çörəkdən,konserv məhsullarından, alkoqol və siqaretdən tamamilə imtina etməlidirlər, ət yeməklərini azaltmalıdırlar, tərəvəz yeməklərini təzə formada salatlar formasında yeməyə üstünlük verməlidirlər. Əsəbləşmək və stress bu xəstəlik zamanı çox qorxuludur. Belə hallarınız varsa, uzun müddət dazıotu dəmləməsi için. Xəstəliyin müalicəsi mənim fikrimcə qaraciyərdən başlamalıdır.

Alaqanqal – 100 qram

Çörəkotu – 50 qram

Ud hindi – 50 qram

Sarıkök – 100 qram

Zəncəfil – 50 qram

Bal – 1 kq

  • Bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır. Bu məcun qaraciyərin fermentativ aktivliyini gücləndirir. Əgər məcunda acılıq və ya quruluq hiss etsəniz, balı 1.5 kq əlavə edə bilərsiniz.
  • Psoriaz zamanı bağırsaqların mikroflorasının sağlam olmasının böyük əhəmiyyəti vardır. Bunun üçün ən ideal vasitə Qafqaz kəfiridir. Gündə 2 dəfə yemək zamanı 1 səkan kəfir içmək lazımdır, (günorta və axşam) hər ayın tamamında 10 gün fasilə verilməlidir, kəfiri özünüz evdə təzə sağılmış inək südündən hazırlamalısınız (market südü olmaz), çünki təzə süddə probiotiklərin miqdarı çox olur.

Psoriaz zamanı həftədə 2 dəfə oruc tutulmalıdır, buna diqqət vermək lazımdır, çünki ac qalma zamanı bu xəstəlikdə oyanmalar çox azalır. Çay, kofe, qazlı içəcəklər əvəzinə adi sudan istifadə olunmalıdır.

  • Psoriaz üçün mənim hazırladığım bir maz var ki, demək olar səpgiləri əhəmiyyətli dərəcədə azaldır. Məlumat üçün mazın tərkibini yazıram:

Naftalan nefti (təmizlənilmiş), Ardıc qətranı, Lanolin, Dəmrovotu, Udhindi, Yatıqqanqal, Gülümbahar, zeytun yarpağı kimi bitkilərin sulu ekstraktları və təmizlənilmiş solidol.

Naftalan nefti Allahın bizə bəxş etdiyi bir nemətdir, belə xəstələrə naftalan vannaları qəbul etmək yaxşı olardı.

(1,419 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.