Qarın piylərini çox insan fiqurası normal görünsün deyə əritmək istəyir. Bu həm də bir xəstəlik mənbəyibidir. Ümumiyyətlə, piy hüceyrələrinin böyüməsi iki formada olur, ya hüceyrələr iki yerə, sonra dörd yerə bölünməklə artıb çoxalırlar, ya da hüceyrələr şişərək böyüyürlər. Bizim ayağımızdakı, qolumuzdakı piylər 2 yerə bölünüb artan hüceyrələrdir. Bu piy hüceyrələri dayaq hərəkətdə iştirak edir və əzələlərə yardım edirlər, qarın piyləri isə şişərək böyüyən hüceyrələrdəndir. Bunlar çox təhlükəlidir və yalnız artıq yük kimi insanlar bunu daşımağa məcburdur. Mən hətta deyərdim ki, kürəyində artıq yük daşımaq bu piyləri daşımaqdan yaxşıdır, çünki bu piylər qarındakı bütün orqanları sıxır və normal işləməsinə mane olur.

Bəs niyə qarın önə çıxır, bunun çıxmaması üçün nə etməli? Qarın piyləri qarın əzələləri tonusdan düşəndə önə çıxmağa başlayırlar. Əgər qarnınızın önə çıxmağını istəmirsinizsə və yaxud artıq çıxıbsa qarına pres hərəkətini hər gün edin. Bunu belə edin, əvvəlcə arxası üstə uzanırsınız divara və çarpayıya bağlanmış ipin köməkliyi ilə qarına pres hərəkətini edirsiniz. Mütəmadi hərəkət etsəniz ipə ehtiyac qalmayacaq, bunu gündə 3 dəfə, hər dəfə də 20 dəfə edin.

Qarın hüceyrələri şişib böyüdüyündən kip korsetdən istifadə edə bilərsiniz. 100 qram qırmızı acı bibəri kofemolkoda toz formasına salın, 0.5 litr zeytun yağı ile yaxşıca qarışdırın, sonra bu yağı qarnınıza çəkib üstündən korset bağlayın, yağı əvvəl-əvvəl az çəkin dərinizi yandırmasın sonra artırarsınız, yağı çəkib korseti bağlayın və səhərdən axşama qədər çıxartmayın axşam yatmazdan əvvəl korseti çıxarın və dərinizi yuyun.

Bütün bu hərəkətləri edən zaman aktiv həyat tərzinə keçin, gündə 5 km-dən çox piyada yeyin-yeyin gəzmək lazımdır.

Həftədə 1 dəfə qarnınızın dairəsini ölçüb yazın.

(10,669 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.