Revmatizm xəstəliyi çox təəssüflər olsun ki, artan xəstəliklər sırasındadır. Təhlükəli bir xəstəlikdir, diqqət etsəniz müalicə oluna bilər. Bu xəstəlik insan həyatında 10 illərlə davam edə bilər.  150-dən çox müxtəlif formaları var, vücudumuzun bütün hissələrində ola bilən bir xəstəlikdir. Qan, əzələ, hüceyrə, sümük, qığırdaq və s. formaları var. Ən çox yayılmış qığırdaq və sümük formalarıdır. Revmatizmanın bu qədər növünün olmasına baxmayaraq demək olar bunların hamısı üçün eyni müalicə üsulu var.

Xalq arasında belə bir deyim var: “revmatizma oynaqları yalayır, ürəyi dişləyir” – mən deyərdim düzgün bir sözdür. Revmatizma xəstəliyi nəticəsində qanda mikroblar (streptokoklar) artır, bu da ürək klapanlarını zədələyir, ürəyə qulaq asdıqda ürək döyüntülərindən sonra fışıltı səsi gəlir, bu o deməkdir ki, ürək klapanları tam bağlanmır və ürəkdə qan qalmağa başlayır və bu qanın həcmi getdikcə çoxalır və sonda infakta səbəb olur. Eyni zamanda streptokoklar ürək əzələsini zədələyib sıradan çıxarırlar. Bu barədə çox danışmaq olar. Əgər sizdə oynaqlarınızda paralel ağrılar varsa, halsızlıq, yorğunluq, axşamlar 37-38 dərəcəyə çatan temperatur olursa özünüzü revmatizmaya qarşı yoxlatdırsanız yaxşı olar. Bəs bu zaman nə etməli? İlk növbədə immuniteti yüksəltmək lazımdır, əgər bizim immunitetimiz zəifdirsə, bu xəstəlikdən xilas olmaq mümkün deyil.

– İmmuntet artıran məcun:

Zəncəfil – 50 qr

Qarazirə – 50 qr

Biyan kökü – 20 qr

Eleutrokok və ya exinasiya kökü – 50 qr

Zeytun yarpağı – 50 qr

Albalı saplağı – 50 qr

Buğda cücərtisi – 50 qr (qurudulmuş)

Quşarmudu meyvəsi – 50 qr

Çiçək tozu – 50 qr

Propolis (vərəmum) – 50 qr (suda həll olunmuş 25%li)

Bal – 1 kq

Tut bəhməzi – 0.5 kq

Bu bitkileri toz halına salıb bir-birinə yaxşıca qarışdırıb məcun hazırlayırıq. Bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.

– İltihab əleyhinə təsir göstərən bitki qarışığı:

Gülümbahar çiçəyi  – 50 qr

Ardıc meyvəsi – 50 qr

Murdarça meyvəsi – 50 qr

Gəndəlaş çiçəyi – 50 qr

Gicitkən yarpağı – 50 qr

Qatırquyruğu otu – 50 qr

Tozağacı yarpağı – 50 qr

Bu bitkiləri bir-birinə qarışdırıb 3 xörək qaşığı götürüb 3 stəkan suya termosa töküb dəmləyin. Gündə 3 dəfə yeməkdən sonra 1 stəkan için (əgər bu tərkibi hazırlamaqda çətinlik çəksəniz, bu tərkibdə revmatizma əleyhinə yığıntı var, alıb içə bilərsiniz – 8 ədəd.

Oynaq ağrıları güclü olarsa ayağınıza 2 kq “Naxçıvan duzu”nu isidib pambıq parçaya bükün, diz və ya bel üzərinə isti-isti bağlayın. Oynaqlara və belinizə “ağrımaz” kremi də çəkə bilərsiniz.

Bir məsləhət də verim, Naftalana gedən taksi sürücülərinə desəniz sizin üçün 20 kq “Naftalan nefti” gətirər. Bu nefti qızdırıb elə bir qaba tökün ki, ayaqlarınızı içinə qoyanda dizinizdən yuxarı çıxsın. Gündə bir dəfə yarım saat bunu etməlisiniz. (bu nefti 1 il işlətmək olar)

Sonda Bakıda, Hövsan yolunda “Duzlu göl”  var,  indi əsl vaxtıdır. 1 ay hər gün göldə çimin və palçıqdan bütün bədəninizə sürtün, çox gözəl bir nəticə verir. Bu da Bakı sakinlərinə Allahın bir hədiyyəsidir.

Bütün bunları düzgün etsəniz, revmatizmaya əlvida inşaAllah!

(6,591 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.