Bu içkilərin hazırlanma və istifadə qaydalarına diqqətlə riayət etsəniz, özünüz və ətrafınız üçün çox faydalı olar, çünki bu içkilər demək olar ki, bütün xəstəlikləri əhatə edir.

  1. Əgər sizdə ürəkbulanma, baş-gicəllənmə, köpmə, osteoporoz, revmatizm, sidik-cinsiyyət orqanlarında iltihab, digər iltihabi xəstəliklər, allergiya, şəkər, qan dövranı pozulması, qadınlarda aybaşı pozulması, ağız və boğaz yaraları kimi xəstəliklər varsa, belə bir şərbət hazırlanır:

Təzə zəncəfil – 50 qram

Alma sirkəsi (təbii) – yarım stəkan

Bal – 1 stəkan

Əvvəlcə zəncəfil sürtgəcdən keçirilir, sonra tərkib hissələri bir-birinə qarışdırılıb gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı yeyilir. Şərbət soyuducuda saxlanılmalıdır. Şəkər xəstələri balı yarım stəkan götürsünlər.

  1. Tez-tez xəstələnmə, əsasən də yuxarı tənəffüs yollarının xəstəlikləri, bağırsaq qurdları, yüksək təzyiq, əl-ayaq barmaqlarınızda göbələk, yüksək xolesterin hallarında, xərçəngin müalicə və profilaktikasında, tez-tez yara və çiban əmələ gəlirsə, öd durğunluğunda, cinsi zəiflikdə, saçların tökülməsində, əsəb pozulmasında, qan qatılaşmasında, iştahsızlıqda, herpes infeksiyanın müalicəsində istifadə olunan şərbət belə hazırlanır:

Sarımsaq (yerli) – 10 diş

Alma sirkəsi – 1 stəkan

Bal – 1 stəkan

 

Sarımsaq sürtgəcdən keçirilir, tərkib hissələri bir-birinə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Göbələk və herpes zamanı gündə 2 dəfə xaricə sürtülür.

  1. C vitamini çatışmazlığı zamanı, qaraciyərin, mədə-bağırsağın şlaklardan təmizlənməsi üçün, böyrək və öd daşlarında, görmə zəifliyində, kalsium, dəmir, fosfor çatışmazlığında, ağız və diş əti, dəri yaralarında, düşüncə, yaddaş və diqqət zəifliyində belə şərbət hazırlanır:

1 xörək qaşığı bal 1ədəd limonun təzə sıxılmış şirəsinə qarışdırılır, üstünə su tökülərək 1 stəkan həddinə çatdırılır. Gündə 1 dəfə səhər yeməyindən 1 saat əvvəl içilir.

(2,086 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.