Sarımsaq haqqında yazdıqsa, gərək soğan da yaddan çıxmasın, çünki soğan sarımsaqdan da faydalıdır.

Soğan qədim zamanlardan ərzaq məhsulu olmaqla yanaşı dərman kimi də istifadə olunmuşdur. Böyük təbibimiz İbn Sina bu tərəvəzdən geniş istifadə etmiş və onun haqqında belə demişdir: “Soğan bədənimizi təmizləyir, bədənimizdən zərərli suları xaric edir.”

Soğan az yeyiləndə, məsələn, salatların içində ağız qoxusunu aparır və iştaha gətirir, çox yeyiləndə isə əksinə, pis qoxu törədir və iştahakəsici təsir edir. Soğan damar genişləndiricidir, maraqlıdır ki, bu təsir kapilyar damarlarda özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanmasını artırmaq üçün ən yaxşı vasitələrdən biridir desək, yanılmarıq. Soğan bütün dəri xəstəliklərinə şəfadır, soğan yeyənlərdə sellülit, çiban, səpgilər, varikoz, dəri çatlamaları kimi problemlər olmur.

Soğan gec sağalan furunkullarda (çiban) və kor çiban olduqda çox yeyilməlidir, onun tərkibindəki təbii antibiotiklər çibanın tez yetişməsinə və sağalmasına səbəb olur.

Soğan bronxları genişləndirdiyinə və ağrıkəsici təsir göstərdiyinə görə bronxial astma xəstəliyi olanlar üçün faydalıdır. Xörəklə birlikdə yeyilən soğan köp və qəbizliyin qarşısını alır. Soğan cinsi istəyi artırır, qadınlarda aybaşı pozulmalarının və sonsuzluğun müalicəsində onun suda dəmləməsindən istifadə olunur.

5-6 ədəd orta ölçülü soğan qabıqlı şəkildə doğranır, 1 litr suda 10 dəqiqə çay kimi dəmlənilir, süzülür və gün ərzində içilir. Sonsuzluq zamanı 3 ay içildikdən sonra 15 gün fasilə verilib təkrar qəbul oluna bilər.

Soğanın tərkibində C vitamini və qlükokinin maddəsi var ki, qanda şəkərin miqdarını tənzimləyir, bununla da şəkər xəstələri üçün olduqca faydalı olur. Dərman məqsədilə ağ soğan istifadə olunmalıdır.

Qrip, haymorit, frontit kimi xəstəliklərdə soğanın şirəsi sıxılaraq buruna tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı çay sodası ilə qarışdırılıb saç tökülən nahiyələrə çəkildikdə yeni tüklərin çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olduqda sağalana qədər gündə 2 dəfə qulaq keçəcəyinə soğan suyu tökülür. 50 qram soğan suyu ilə 100 qram bal bir-birinə qarışdırılır, anginalarda və faringitdə kiçik-kiçik

qurtumlarla gündə 3 xörək qaşığı içilir. Gözlər tez-tez quruduqda, xüsusən də kompüterdən çox istifadə etdikdə gözə 2 damcı soğan suyu tökülür.

Kökəlmək istəyənlər kərə yağında qızardılmış soğan yeməlidir. Dəridə ağ ləkələr, ziyil və saçda saçqıran olduqda soğan toxumu üyüdülür, toz formasına salınır, az miqdarda yağla qarışdırılaraq saçlar, dəridəki ağ ləkələr və ziyillər masaj edilir.

Oynaq ağrıları (artroz, artrit) zamanı soğan xırda doğranır, oynağın üstünə qoyulur, pampıq parça ilə bağlanıb 1 saat saxlanır, sonra təmizlənir, müalicə ağrılar keçənə qədər aparılır. Soğan yeyənlərdə prostat vəzin xəstəlikləri baş vermir, çünki soğan prostat vəzin qanla təchizatını artırır. Əllərdə, ayaqlarda göbələk varsa, 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əllər və ayaqlar gündə yarım saat həmin məhlulda saxlanır, 2 həftə təkrar olunduqda xəstəlik sağalır.

Üzdə olan səpgiləri aradan qaldırmaq üçün, dəri gündə 2 dəfə soğan suyu ilə silinməlidir. Soğan kiçik ölçülü böyrək daşlarını tökür və yenidən əmələ gəlməsinin qarşısını alır. Bədənin qan dövranını sürətləndirir, bunula da ürəyin işini rahatlaşdırır, ürəyin işemik xəstəliklərinin yaranma riskini azaldır. Soğan yeyənlərin arterial təzyiqi stabil olur. Tərəvəzin antimikrob xassəsi onu revmatizmin müalicəsində faydalı edir. Həmçinin qurdqovucudur və qurda yoluxmanın da qarşısını alır.

Əgər dərinizə yad bir maddə batıbsa, bunu çıxarmaqda əziyyət çəkirsinizsə, soğanı közün üstündə bişirin, ortadan kəsin, dərinizi zeytun yağı ilə yağlayıb, üstünə bişmiş soğan qoyub bağlayın. Közdə bişmiş soğan dərinin irinli yaralarının müalicəsində də istifadə olunur. Ağızda stomatit və çətin sağalan yaralar olanda soğanı çeynəyib bacardığınız qədər ağzınızda saxlayın, udmamağa çalışın, bu, yaraların sağalmasını sürətləndirir.

Əgər üzünüzdə ləkələr varsa, gündə 2 dəfə soğan suyu ilə balı bərabər miqdarda qarışdırıb üzünüzü silin. Soğanda kalium, kalsium, dəmir, mis kimi minerallar bol olduğundan osteoporoz (sümük əriməsi) xəstəliyinin müalicəsində əvəzolunmazdır. Soğan həm də ürək əzələsinin işini normallaşdırır, ürəyin vurma gücünü artırır.

İstər müasir tibdə, istərsə də dinimizdə soğanı çox yemək (məsələn, bir dəfəyə 2-3 ədəd) bəyənilmir və zərərli hesab olunur. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli, yalnız bişmiş şəkildə istifadə olunmalıdır.

Soğanın iyindən necə xilas olmaq olar?

Amma soğanın əhali tərəfindən geniş istifadəsinin qarşısını soğan yedikdən sonra ağızdan gələn pis iy alır. Həmin qoxuya görə bir çoxları soğanın faydalarından məhrum olur.

Bəs soğanı necə yemək lazımdır ki, həm faydalı olsun, həm də ağızdan iy gəlməsin?

Bunun çox sadə üsulu var. Nar sıxılaraq şirəsi çıxarılır, soğan soyulub kiçikdirsə bütöv, böyükdürsə ortadan bölünərək nar şirəsinin içinə atılır, 2-3 gündən sonra nar şirəsindəki soğanı yemək olar. Həm çox dadlı olur, həm də ağızdan qoxu gəlmir, soğanın faydaları isə olduğu kimi qalır.

(4,962 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.