Bəlkə də çox adamın bu barədə məlumatı var, amma mən düşündüm ki, istifadə etməyənlər də çoxdur və gözəl bir şəfa mənbəyinin xeyirlərini bir daha yada salaq.

Peyğəmbərimiz (s.a.s.) sürmə haqqında gözəl sözlər söyləmişdir: “yatmazdan əvvəl gözlərinizə ismid sürməsi çəkin, çünki sürmə gözləri təmizləyir, görməni dəqiqləşdirir (itiləşdirir), gözə parlaqlıq verir.” Amma niyə məhz ismid sürməsi? İsmid sürməsi qırmızıya çalarlı qara rəngdə bir sürmədir, hicaz bölgəsində rast gəlinən faydalı qazıntıdır, çox kövrək bir daşdır, bir-birinə sürtüləndə spesifik xoş bir ətri var, tərkibində zəngin sink vardır, sadə dillə desək mineral bir daşdır.

Başqa faydaları:

– Kiprikləri bərkidir, uzadır.

– Sürmədən mütəmadi istifadədən sonra kipriklər arası çirklənmələr müalicə olunur.

– Yeni və sıx kiprik əmələ gətirir

– Göz sinirlərini qüvvətləndirir

– Gözləri çox sulananlar üçün faydalıdır

– İçinə biraz müşk qatılmış sürmə yaşlılar və gözləri zəif olanlar üçün şəfadır (ibni qəyyum 459)

– Sürmənin rəngi qaradır, ona görə də günəş şüalarını udur və günəş şüalarının gözün retina təbəqəsinə zərər vurmasının qarşısını alır.

Sürməni nəinki qadınlar, kişilər və uşaqlar da istifadə etməlidirlər, kişilər yaxşı olar axşam yatmazdan əvvəl istifadə etsinlər. Sürmənin sinkdən başqa zəngin bir tərkibi vardır ki, bütün bunlar gözlərimizi qidalandırır. Tərkibində arsen, bismut, dəmir, mis, qızıl, gümüş var.

Bir sözlə, gözlərimizə lazım, dəyərli bir şəfa mənbəyidir.

(524 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.