Su haqqında çoxdan yazmağı düşünürdüm, amma vaxt tapa bilmirdim, çünki su haqqında çox suallar ortaya çıxıb. Məsələn sudan yayda nə qədər, qışda nə qədər içilməlidir? Su hansı formada içilməlidir? Suyun faydaları nədir?  və bu kimi suallar.

Uca Allahımız biz insan oğluna suyu təmənnasız olaraq və insan oğlunun heç bir əziyyət çəkmədən, dünyanın hər tərəfindən rahatca tapa biləcəyi bir formada nemət olaraq vermişdir. Dünyanın üçdə ikisi sudan ibarətdir, insan bədəninin də üçdə ikisi sudan ibarətdir.

Düşünə bilən insanlar üçün burda bir hikmət var, deməli biz insanlar kainatın bir parçasıyıq. Bizim dünyamızda elm bu qədər inkişaf etməsinə baxmayaraq, hələki laboratoriyalarda su hazırlamaq mümkün olmamışdır (baxmayaraq ki, hər tərəfimiz oksigen və hidrogendir). Bilirsinizmi nəyə görə, çünki bizim dünyamızda hidrogen və oksigenin birləşib su əmələ gətirməsi üçün lazım olan temperatur yoxdur, eyni zamanda təbiətin özündə də bu birləşmə əmələ gələ bilməz, deməli uca Allah izin verməsə kainatdakı su kütləsi nə artar, nə də azalar. Bunun özündə də bir hikmət var.

– Susuz bədənimizdəki heç bir metabolizma (mübadilə) prosesləri gedə bilməz.

– Su bədənimizdəki bütün hüceyrə bölünmələrinə səbəbdir.

– Su böyrəklərimizin ümumiyyətlə, bütün orqanlarımızın toksik maddələrdən təmizlənilməsinə səbəbdir.

– Su qan təzyiqini nəzarətdə saxlayır və hormonların bərabər paylanmasına səbəb olur.

– Su ağız, göz, burun kanallarımızın nəmlənməsinə səbəb olur.

– Su tər, göz yaşı, qanımızın bir parçasıdır, su vasitəsilə iltihablar sorular.

– Su bədənimizin enerji balansını qoruyar, oynaqlarımızın yağlanmasına səbəb olar.

– Gündəlik su içilərsə miqren, varikozlar, babasil kimi xəstəliklər həmin adamdan uzaq olar, dəriləri daha canlı və parlaq olar.

– Bədənimizə daxil olan bütün ziyanlı maddələr yalnız təmiz su vasitəsilə xaric olunar.

Bu siyahını daha çox uzatmaq olar, suyun insan orqanizmində azlığı yəni, az su içən və ya heç içməyən (su əvəzinə çay, qəhvə, şirə və s.) insanlarda qəbizlik, sidik yolları infeksiyaları, mübadilə pozğunluqları, böyrək daşları, öd daşları, quru dərilik, gözdə qaşınmalar və s. kimi xəstəliklərin tez-tez əmələ gəlməsinə səbəb olar.

Mənim fikrimcə, yayda gün ərzində 2 litr, qışda isə 0.8-1 litr su içilməsi daha məqsədəuyğun olardı. Suyun həddindən artıq içilməsi də bədənimizin ağırlaşmasına və mədə-bağırsaq, daxili mübadilə pozğunluqlarına səbəb olar.

Mömin insanların namazdan əvvəl sudan istifadə edərək yuduğu hissələrə suyun dəyməsinin insan orqanizminə olan rahatladıcı təsirini artıq bütün dünya alimləri sübut etmişdir.Su yalnız çiy olaraq qaynadılmamış formada oturaraq qurtum-qurtum, yavaş-yavaş içilməlidir.

Yeməkdən sonra suyun içilməsi Peyğəmbərimizin (s.a.s.) sünnəsinə uyğundur. yaxşı olar ki, yeməkdən yarım saat əvvəl su içilsin.

(3,098 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.