Bugün artıq bütün dünya təbii vitamin mənbələrinə üstünlük verməyə başlayıb, çünki təbii vitaminlərin insan orqanizminə heç bir əlavə təsirləri yoxdur. Süni üsulla alınmış vitaminlər isə ağır fəsadlara səbəb

olmaqdadır. Məsələn, süni vitaminlərin müntəzəm qəbulundan sonra böyrəklərdə daş, damar keçiriciliyinin həddən çox artması, beyin xərçəngi və s. hallar baş verə bilər.

Əgər sizdə yorğunluq, halsızlıq, iştahasızlıq, xəstəliklərə qarşı dözümsüzlük və s. varsa, mən sizə quşarmudu meyvəsini dəmləyib içməyi məsləhət görürəm. Nəyə görə məhz quşarmudu?Quşarmudu meyvəsinin tərkibi o qədər zəngindir ki, oxumaqla belə qurtara bilmirsən. Tərkibində C, B1, B2, P, PP, E, K vitaminləri, kalium, kalsium, flavonoidlər, dəmir, mis, sink, yod, manqan, rutin, saponinlər, qlükoza, fruktoza, qlikozidlər və s. maddələr mövcuddur.

Nəzərə alsaq ki, hazırki dövrdə xəstəliklər gündən-günə artıb çoxalır, onda bu meyvəyə nə qədər ehtiyac duyulduğu aydın olur. Quşarmudunun əsəb sakitləşdirici effekti də var. Yüksək qan təzyiqi, yüksək xolesterini salır, revmatizm əleyhinə təsir göstərir. Podaqra düyünlərinin əridilməsi üçün əla vasitədir. Uşaqlarda vitaminsizlikdə, iştahasızlıqda əla nəticə verir. Dəmləməni balla qarışdırıb içəndə həm dadlı olur, həm də effekti bir qədər də artır. Vitamin tərkibinə görə sitrus meyvələrindən 20 dəfə üstündür.

(789 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.