Fikrimcə, bu məsələlərdə səhabə heyatından örnəklər götürməyə ehtiyacımız var. Bizdə kimsə xəstələnəndə ona çalışırıq güçlü yəməklər verək ki, guya bədəni zəifləyib qüvvətlənsin. Amma Peyğəmbərimiz (s. ə. s.)  belə hallarda telbine şorbası içməyi məsləhət görərdi. Telbine şorbası az yağlı, az duzlu, az ədviyyatlı buğda və ya arpa yarmasından hazırlanmış südlü şorba idi. Dadı yaxşı olmazdı, amma çox şəfalı idi.

Peyğəmbərimiz belə deyərdi xəstəlik zamanı yeməklərə diqqət edilməlidir, qüvvətli yeməklər yeyildikdə bədənimiz bu yeməyi həzm etməklə məşğul olur onda xəstəlik adama qalib gəlir. Arxasınca isə belə söyləmişdir, xəstələri az qidalarla qidalandırın, bu zaman xəstəlik bədənə məğlub olar.

Bir gün Həzrəti Əlinin (Allah ondan razı olsun) gözləri qızarır və şişir (konyuktivit xəstəliyi) yatağa düşür, Peyğəmbərimiz (s. ə. s. ) yanına gəlir və həzrətin xurma yediyini görür və belə deyir, əgər xəstəliyinin tez sağalmasını istəyirsənsə az ye söyləyir.

(421 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.