Bəlkədə deyəcəksiniz, yay qurtarır qumun faydalarından yazmaq doktorun indi yadına düşür. Əslində düzdür, amma məni buna vadar edən bizim vətəndaşlarımızın dənizdə istirahət etmək üçün başqa ölkələrə üz tutmasıdır. Əgər vətəndaşlarımız bilsələr ki, Xəzər dənizinin qumunun nə qədər faydaları var, bundan sonra heç yerə getməzlər.

Xəzər dənizinin qumu qızılı, qırmızı kvars qumundan ibarətdir. Bu nə deməkdir? Biz Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan (Qara dəniz) və Türkiyə dövlətlərindəki qumu müqayisə etsək, görərik ki Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik (sorucu) xüsusiyyətə malikdir. Kvars qumu dəri ilə təmasa demək olar tam girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizma, artritlər, nevritlər və.s) aradan götürülməsinə səbəb olur, limfa damarındakı durğunluqları (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını (şlakları) özünə hopdurur. Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa dənizlərin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu-çoxlu sürtün həm dəriniz canlanacaq, həm də hamarlanacaq (təbii pillinq), sellülitin müalicəsi üçün əla bir vasitədir. Buda yalnız Xəzər qumuna aid xüsusiyyətdir. İnşaAllah gələn ili sağlamlıq naminə Xəzər sahillərində keçirərsiniz.

Qeyd: imkanı olan şəxs səhər saat 12-yə qədər, axşam saat 6-dan sonra dəniz qırağında gəzməyə adət etsin. Uşaqlarınızı da tez-tez apara bilsəniz aparın, dəniz qırağı hava ilə adi hava arasında çox fərqlər var. Dəniz havasında zəngin oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. olur. Dərindən nəfəs alan zaman bunlar bizim ağ ciyərlərimizə daxil olur, oksidləşmə – reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır. D vitamininə olan tələbatı təmin edirki, buda raxitliyin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Elet ve Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum var ki, bu sağlamlıq üçün daha yaxşıdır.

(875 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.