İnsanların böyük əksəriyyəti xınanın daha geniş istifadəsindən az mə-lumatlıdır. Boyu 2 metrə çatan xına kol bitkisi olub Hindistan, Ərəbistan, İran kimi ölkələrdə becərilir. Saçları boyamaq üçün istifadə olunan xına tozu lavsonia bitkisinin qurudulmuş, sonra üyüdülmüş yarpaqlarıdır.

Xınanın zəngin kimyəvi tərkibi onu olduqca faydalı bitkiyə çevirir.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xınanın qoxusunu çox bəyənmiş və mələklərin bu iydən xoşlandığını söyləmişdir, eyni zamanda həm özü çox istifadə etmişdir, həm də səhabələrinin daha çox istifadə etməsini istəmişdir.

Xına tərkibindəki büzücü və antiseptik maddələr sayəsində bütün dəri xəstəliklərində, yaralarda geniş istifadə edilir. Sulanmış, yəni ikincili infeksiya qoşulmuş yaralarda xınadan istifadə edən zaman yaradakı irin sürətlə çəkilir. Bunu yanıq yaralarında, göbələk yaralarında və s. tətbiq etmək olar.

Yaraların üzərinə qoyulmuş xına həm də yara üzərini nazik bir pərdə ilə örtür, infeksiya düşməsinin qarşısını alır, həm də yeni bir dəri qatının əmələ gəlməsinə şərait yaradır. Bu zaman xına ilə bal qarışımından hazırlanmış məcundan da istifadə olunur.

Ayaqlardan gələn qoxunun və ayaq göbələyinin qarşısını almaq üçün ayaqlara 15 gün müddətində gündə bir dəfə xına qoymaq lazımdır. Daban çatlarının və babasilin müalicəsi üçün xına ilə kərə yağını bir-birinə qarışdırıb yaranın üstünə qoymaq, bu müalicəni 15 gün gündə 1 dəfə 1 saat etmək lazımdır. Barmaqlar arası və ya bədəndə olan qaşınmalar zamanı xınadan istifadə edilir. Əgər üzdə səpgilər varsa, rəngsiz xınadan, bədəndə səpgilər olduqda isə adi xınadan istifadə etmək daha yaxşıdır.

Ağızda və boğazda yaralar zamanı 1 xörək qaşığı xınanın üstünə 1 stəkan qaynar su tökülür, soyudulub qarqara edilir. Xına saç köklərinə güclü təsir edir, saçın sağlam çıxmasına səbəb olur, saçqıranı təmizləyir, saçların kökünü dərinləşdirir, kəpəklənməni aradan qaldırır, seboreyanın müalicəsində effektlidir. Vitiliqo və psoriazın müalicəsində istifadə olunur.

Ağrıkəsici təsiri olduğundan ağrılı nahiyəyə xına qoyulan zaman ağrı aradan qalxır. Xına beyin qan dövranını yaxşılaşdırır, miqrenin müalicəsində istifadə olunur. Zob düyünlərinin üzərinə qoyulmuş xına düyünlərin kiçilməsinə səbəb olur.

Dırnaqların tez-tez qırılmasının qarşısını almaq üçün xınadan istifadə edilir. Ekzemaların müalicəsində effektlidir. Qadınlarda uşaqlıqdan gələn axıntıların qarşısını almaq üçün 1 xörək qaşığı xına 1 stəkan suda dəmlənilir və uşaqlıq yolu gündə 2 dəfə yuyulur.

Bəzən kişilər və uşaqlar xınanın rənginə görə istifadə edə bilmirlər, biz Herba Flora firması olaraq təbii dərman bitkiləri ilə xınanın kombinasiyasından ibarət rəngsiz, şabalıdı, qara və normal Fitoton xınaları hazırlamışıq və bu xınaların istifadəsi daha rahatdır. Fitoton №1 rəngsiz xına isə xına yarpaqlarından deyil, xınanın özəyindən hazırlandığı üçün dərini rəngləmir və kişilər rəngsiz xınadan rahat istifadə edə bilir. Don vurmanın fəsadlarını aradan qaldırmaq üçün xına mən bildiyim ən təsirli vasitədir.

(4,386 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.