İndi üzümün yetişən vaxtı olduğundan üzüm haqqında yazmağı özümə borc bildim, çünki biz xəstələnəndən sonra çarələr axtarırıq, amma elə edək ki, xəstələnməyək bax onun üçün ən yaxşısı bol-bol üzüm yemək lazımdır.

Üzüm müqəddəs kitabımız Quranda ən çox adı çəkilən meyvələrdəndir. Mən başlıqları yazıram özünüz baxarsınız.

Ənam surəsi 99, Ənam 141, Rad 4, Nəhl 11(bal arısı), Nəhl 67, Yasin 67, Abəsə 28 kimi surələrdən məhz üzümdən bəhs edilir.

Üzümün tərkibində 22-25 % qlükoza vardır, bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyidir. Üzüm fiziki və zehni yorğunluğu götürən ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Tərkibində bol dəmir və qlükoza qan əmələ gəlməsini gücləndirir. Qansızlığı aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində dərman əvəzinə bir dərmandır.

Üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni (sümük əmələgəlməni) artırır, üzüm əsl təbii enerji mənbəyidir. Üzümün enerjisini bədənimiz lazım olan qədər götürür, qalan artığını isə qaraciyərdə enerji halında depolayır və bütün qış boyu bu enerjidən istifadə edir.

Bundan başqa üzümün tərkibində bol vitamin A, B1, B2, B6, C, Fol turşusu və s. vardır. Üzüm böyrəkləri çalışmağa məcbur edir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir. Üzüm payızda bol-bol yeyilərsə qışda həmin insanlar bronxit olmazlar. Üzüm həm də immun sistemini gücləndirir, bunula da bədənimizi sanki qış xəstəliklərindən qoruyur.

Üzümün tərkibindəki bol kalium ürək əzələsini və bütün əzələlərimizi gücləndirir. Üzüm ən güclü antioksidantdır, üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır.

Deməli, üzüm ən yaxşı xərçəng önləyicisidir. Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin. Üzüm tumunda və qabığında zəngin polifenollar sizin damarlarınızın içinə hopmuş artıq yağları təmizləyəcək və beyninizə daha yaxşı qan axmasını sürətləndirəcəkdir.

Sonda çalışın üzümü uşaqlarınıza sevdirəsiniz.

(933 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.