Oleandr və ya zəkkum ağacı çox zəhərli bir bitki olmasına baxmayaraq Bakımızın bütün küçələrində ona rast gəlmək olur, çünki bütün iqlim şərtlərinə dözümlüdür.

Yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox söyüd gülü deyirlər. Əslində belə bitkilərin məktəb və uşaq bağçalarının yanında əkilməsi qadağan olunmalıdır.

Bu bitkinin çiçəklərinə və budaqlarına əl vurmaq məsləhət deyil, xüsusən uşaqlara ondan uzaq durmağı izah etmək önəmlidir.

Oleandrın tərkibi ürək qlükozidləri ilə zəngindir, yalnız toksinlərdən təmizləndikdən sonra ondan ürək dərmanı hazırlanılır.

(1,527 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.