Zökəm və yaxud qrip zamanı istifadə olunan bir çox vasitələr var. Bu resept də faydalı reseptlərdəndir, çünki qeyd olunan bütün bitkilər bədəni tərlədir, yumşaldır, qanı duruldur və sakitləşdirici bir təsir göstərir.

Məkkəgülü (hibiskus) – 30 qram

Cökə – 100 qram

Kəklikotu – 50 qram

Nanə – 30 qram

Ballı nanə (melissa) – 30 qram

Yerli qara çay –200 qram

Tərkib hissələrini bir-birinə qarışdırın, sonra 3 xörək qaşığı 6 stəkan su tutan çaynikdə dəmləyin, zoğal və yaxud moruq mürəbbəsi ilə için. Tövsiyə edirəm ki, bədən tərləyincə, hətta gün ərzində 10-15 stəkana qədər içəsiniz. Çayın çox gözəl dadı var.

(2,169 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.