Əvvəlcə cinsi zəifliyin səbəbləri bilinsə yaxşı olar.

Məsələn çox əsəbilik, çox siqaret, alkoqol, uzun sürən xroniki xəstəliklər və uzun zaman kimyəvi dərmanlardan istifadə zamanı cinsi istək azala bilir.

Dünya alimlərinin boşanmalar arasında apardığı araşdırmalara görə boşanan ailələrin 80 %-i cinsi uyğunsuzluq yarandıqda boşanırlar.

Belə deyək, tərəflərin birində bu istək çox, digərində isə əksinə olursa buna cinsi uyğunsuzluq deyilir.

Bəs nə etməli? Məsələn apteklərimizdə bu məqsədlə müxtəlif həblər satılır. Mən bunlardan istifadəni məsləhət görmürəm, çünki bunlar kimyəvi tərkiblidir və sonradan ağır fəsadları baş verir.

Məsələn yüksək təzyiq əmələ gəlir, sonrakı vaxtlarda cinsi istəyin tamamən azalması müşahidə olunur. Bundan fərqli olaraq təbii müalicələr zamanı belə problemlər baş vermir.

Cinsi həvəsi artırmaq üçün məcun:

Zəncəfil – 50 qram
Jenşen – 50 qram
Gülem – 50 qram
Xurma poleni (buna ərəblər tal deyirlər) – 100 qram
Çaşır kökü – 50 qram
Bal – 1 kq
Keçibuynuzu bəkməzi – 200 qram

Bitkilər əvvəlcə üyüdülür, toz formasına salınır bal və bəhməzlə yaxşı-yaxşı qarışdırılır. Gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.

Bu məcun eyni zamanda prostat vəzi xəstəlikləri zamanı da faydalıdır. İmmuniteti artırır, bədəni fiziki cəhətdən qüvvətləndirir.

Məcuna istədiyiniz qədər qoz, fındıq və badam da əlavə edə bilərsiniz.

(3,202 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.