Həzrəti Nuh insanların dinsizliyini və imansızlığını görüb Allahın əmri ilə böyük bir gəmi hazırlamağa başlayır. Azğınlaşmış insanlar həzrəti Nuha sataşır, onu ələ salır və hazırladığı gəmiyə nəcis atmağa başlayırlar.

Bir gün bu azğınlardan biri gəminin yanından keçəndə qolu gəmidəki çirkaba dəyir və uzun müddətdən bəri sağalmayan yaraları sağalır.

O dövrdə sağalmayan yaralar çox rastlandığından, xəbər sürətlə insanlar arasında yayılır və az bir müddətdə öz əllərilə atdıqları nəcasəti gəmidən götürüb öz bədənlərinə sürtməyə başlayırlar.

(297 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.