Şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün təklif etdiyim resept insulin ifrazını artırır, qanda şəkərin miqdarını azaldır, pozulmuş qan dövranını bərpa edir, damarların mənfəzini açır, yüksəlmiş xolesterin miqdarını aşağı salır, çox güclü antioksidant təsiri olduğundan şiş xəstəliklərinin müalicə və profilaktikasında əvəzolunmaz hesab olunur. Tərkibi kalsiumla zəngin olduğundan qadınlarda klimakterik dövrdə və sümük əriməsi – osteoporozda çox faydalıdır. Tam təbii vitamin və mineral qaynağı olmaqla yanaşı qan durulaşdırıcı təsiri vardır. Bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və köpün qarşısını alır. Bir sözlə, nəinki şəkər xəstələri, hətta sağlam insanlar üçün də çox faydalıdır. Tərkibi:

Zeytun meyvəsi – 300 qram

Zeytun yarpağı – 200 qram

Alma – 3 kq

Qaragilə meyvəsi – 100 qram

Güldəfnə toxumu – 100 qram

Çörəkotu toxumu – 100 qram

Naxçıvan duzu – 2 çay qaşığı

Bal – 4 xörək qaşığı

Alma sirkəsi – 0.5 litr

Su – 3 litr

Əvvəlcə yaşıl zeytun meyvələri yuyulur, kəlbətinlə tumları içində qalmaq şərtilə sındırılır, sonra zeytun yarpaqları xırdalanır, bütün toxumlar qəhvəüyüdəndə üyüdülür, alma qabıqlı vəziyyətdə sürtgəcdən keçirilir, su, sirkə, duz və bal əlavə olunur. Alınan qarışıq şüşə bir qaba tökülür, ağzı tənziflə bağlanır, otaq temperaturunda tam sirkə halını alana qədər, təxminən 2 aya yaxın saxlanılır.

Sirkə hazır olandan sonra süzülür, gündə 3 dəfə 1 xörək qaşığı 1 stəkan suya əlavə edərək yeməkdən əvvəl içilir. Sirkəni yeməklərə, salatlara, meyvə şirələrinə də qarışdırıb içmək olar.

(3,863 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.