“O sizə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsilmiş heyvanı haram qıldı. Amma bunu yeməyə məcbur olanlar həddi aşmayacaq dərəcədə yesə onlara günah yoxdur. Həqiqətən Allah bağışlayandır və əsirgəməyəndir”. (Bəqərə surəsi,173-cü ayə)

Həm müqəddəs kitabımız Qurani-Kərimdə, həm Tövratda donuz ətinin yeyilməsi qadağan edilir, bir çox elmi araşdırmalar da bunu sübut edir. Bundan başqa daha bir neçə ayədə donuz ətindən bəhs edilir. Məsələn, Maidə surəsinin 3-cü ayəsi, Nəhl surəsinin 115-ci ayəsi, Ənam surəsinin 145-ci ayəsi və Maidə surəsinin 60-cı ayələrində donuz ətinin haram olaraq qadağan olmasından bəhs edilir.

Deməli, donuz yeganə heyvandır ki, öz nəcisini yeyir. Donuz ətini yeyən insanların immun sistemi yeməyənlərlə nisbətdə zəif olur, bu ət çox güclü bir allergendir.

Donuz əti digər heyvanların ətindən fərqli olaraq insanda böyümə hormonlarına təsir edir və bu hormonların nizamlı ifrazını pozur, bundan əlavə, xolesterin və lipid mübadiləsində də pozulmalara səbəb olur. Donuz ətinin tərkibindəki yağlar başqa yağlarla nisbətdə qan damarlarına sürətlə keçir, damarlarda yağlanmanın səviyyəsi artır, ürək xəstəlikləri və infarkt riskini çoxaldır. Belə insanların beyin qan dövranında da həmişə problemlər olur, damar mənfəzləri tıxandığından beynin qidalanması pozulur və Alsheymer, skleroz kimi xəstəliklərə daha cavan yaşlarında tutulur.

Donuz piyində sutoksin adlı zəhərli maddə var, bu maddə bədəndəki limfa damarlarının işini pozur və onların böyüməsinə səbəb olur. Məsələn, həmişə donuz əti yeyən insanlar angina xəstəliyinə tutulanda boğazları o qədər şişir ki, sanki “donuza” bənzəyirlər.

Donuz ətindən daim istifadə edən insanların dərilərində ekzema və qaşıntı, neyrodermit daha çox olur, buna səbəb ətdə olan histamin və imidazoldur.

Əhalisi donuz əti ilə qidalanan dövlətlərin insanlarına nəzər salın, demək olar hamısı hədsiz piylənmədən və şəkərdən əziyyət çəkir. Bundan başqa donuz ətində finna adlı parazit qurdlar var və bu qurdlar bəzən inək ətində də olur, amma inək ətini 80 dərəcəyə qədər qızdıran kimi finnalar ölür, donuz ətini isə 120 dərəcə qızdırmaq lazımdır ki, parazit məhv olsun. Məsələn, donuz ətindən kabab bişən zaman bu qurdlar çox zaman ölmür. İnək ətindən yoluxan finnalar müalicəyə rahat tabe olduğu halda, donuz ətindən yoluxmuş finnalarla mübarizə illərlə çəkir, çünki onlar xarici amillərə qarşı çox davamlıdır. Tək finnalar yox, donuz ətindən insanlara çox sayda zoonoz xəstəlik keçə bilir.

Donuzlarda qısqanclıq hissi olmadığından daima donuz əti ilə qidalananlarda da qısqanclıq hissləri ölməyə başlayır.

Donuz ətinin tərkibində çox miqdarda kükürd vardır, daimi qidalanma zamanı orqanizmində bu maddənin çoxalmasına səbəb olur. Kükürd fəqərəarası oynaqların qığırdağında toplanır, bel yırtığı, oynaqların əyilməsi kimi xəstəliklərə aparıb çıxarır.

Bu qədər halal nemət ola-ola bu heyvanın ətini yeməyə dəyərmi?

(5,518 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.