Demodeks, adından göründüyü kimi adi bir gənədir. İnsanın əsasən üzündə parazitlik edir üz səpir, qızarır və şişkinləşir xəstəlik inkişaf etdikcə insanın sifəti çox eybəcər bir hala düşür.

Müalicəsi bəzən illərlə çəkir həddindən artıq pullar xərclənilir. Parazitlər insandan insana keçir və maraqlıdır ki, immuniteti zəif olan insanlarda daha sürətlə artıb çoxalır və fəsadları da ağır olur.

Müalicə edən zaman bu gənələr (məsələn üzə müxtəlif maskalar qoyan zaman) dərinin alt qatlarına keçirlər sifətdəki maska və ya dərman vasitəsi yuyulduqdan sonra yenidən aktivləşirlər, ona görə də müalicə illərlə davam edir.

Mən artıq öz təcrübəmdə bir neçə xəstəni çox sadə bir üsulla müalicə etmişəm.

Hər gün 2-3 dəfə yerli sarımsaq əzəndən vəya sürtkəcdən keçirilir və suyu üzə çəkilir.

Axşamlar edib səhərə qədər saxlaya bilərsiniz, səhərlər çəkib axşama qədər saxlamağa çalışın, edə bilməsəniz gündə bir dəfə də kifayət edər. Bu müalicə təxminən 2 aya bütün üzü təmizləyir.

(2,052 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.