Hilba – güldəfnə, fenuqrek, çəmənotu kimi müxtəlif adlarla məşhur olan bitkidir.

Hilba – qadın cinsi hormonlarının istehsalını artırır, bununla da qadınlarda hormon pozulmasına bağlı xəstəliklərin, sonsuzluq, aybaşı pozulmaları, menopauzanın tez başlaması və s. kimi problemlərin öhdəsindən təkbaşına gələ bilir.

Hilba çox qüvvətli bir tərkibə malikdir. İstər qadın, istərsə də kişilər istifadə edən zaman özlərini çox güclü, enerjili hiss edirlər.

Hilbadan daimi istifadə zamanı qadınların süd vəzilərində böyümə baş verir.

Qədim ərəb atalar sözündə deyilir ki: “Əgər qadınlarınızın bud və süd vəzisinin böyük olmasını isəyirsinizsə, onlara hilba verin”.

Belə bir resept təklif edirəm:

– 100 qram hilba 1 gün suda saxlanılır, sonra bir qaba qoyulur və üzərinə sulu tənzif sərilib daha 2 gün saxlanılır, 2 gündən sonra cücərmiş olan toxumlar əzilir, 1-2 xörək qaşığı zeytun yağı əlavə olunduqdan sonra məcun halına gətirilir və gün ərzində yeyilir. Bu qarışımı 2 ay qəbul edə bilərsiniz.

Hilba, həmçinin qanda şəkərin səviyyəsini azaldır. Çox güclü bir südartırıcıdır, mən onun qədər güclü təsir edən ikinci bir südartırıcı tanımıram.

– 2-3 xörək qaşığı hilba 200 qram suda 15 dəqiqə yavaş-yavaş qaynadılır və nəticədə kisel kimi məhlul əldə olunur, gündə 2 dəfə səpgilər, ekzemalar, diatezlər, bir sözlə dəri problemləri zamanı zədənmiş nahiyələrə çəkib masaj edilir.

Hilba ürək-qan-damar sisteminə də yaxşı təsir edir, xolesterini salır, infarkt riskini azaldır. Səhabələrimizin çox işlətdikləri bitkilərdən olmuşdur, hətta haqqında hədis də vardır.

Faydalarına görə Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) hilbanı qızıla bərabər bir bitki adlandırmışdır (bu hədisin qaynağını tapa bilmədim).

– 200 qram hilba üyüdülür, 500 qram bal ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir.

– 2 xörək qaşığı hilba 3 stəkan suda 5 dəqiqə qaynadılıb termosa tökülür, gün ərzində 3 dəfəyə yeməkdən əvvəl 1 stəkan içilir, axırda da dənələri yeyilir.

Cücərmiş formasından istifadəni ən faydalı üsul hesab edirəm.

(8,543 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.