Dəyərli dostlar, bu ildə ilk yazımdır, ilk yazımı istədim sağlam həyat tərzi haqqında yazım. Niyyətim var ki, bu yazını silsilə formasında davam elətdirim, çünki həqiqətən bizlərin qidalanmadan tutmuş müalicələrimizdə, geyimimizdə və s. problemlərimiz var.

Bəzən adi bir şeydən boyük problemlər əmələ gəlir və sonunda insanlarımız ondan əziyyət çəkirlər.

İlk növbədə mən müalicədən başlamaq istəyirəm. Bizdə və ümumilikdə dünyada insanlar özlərini necə müalicə edirlər? Nəzərinizə çatdırım ki, dünyanın inkişaf etmiş ölkələrində aptek şəbəkələrində satılan məhsulların içində bitkilər və bitki tərkibli preparatlar sintetik dərmanlardan 3 dəfə artıq satılır və bu nisbət getdikcə böyüməkdədir və eyni zamanda nəzərə almaq lazımdır ki, elə bu sintetik dərmanları da bu dövlətlərin özləri istehsal edirlər və külli miqdarda pul qazanırlar, amma özləri istifadə etmirlər. Bizim kimi 3-cü dünya ölkələri isə bunu bir yenilik və inkişaf sayaraq az qalır dərmanları kilo ilə qəbul edə.

Unutmayın, sintetik dərmanlar insan vücudunda sona qədər parçalanmırlar. Onlar bizim qaraciyərimizdə, dərialtı toxumamızda, ağciyərimizdə, dalağımızda və s. yerlərdə depolanıb qala bilirlər, qan dövranının işinə mane olurlar. Sintetik dərmanları orqanizmimizdən qaraciyər və böyrəklərimiz təmizləmək məcburiyyətində qalır və beləcə qaraciyərimiz və böyrəklərimiz sıradan çıxırlar.

Bəzən bəzi insanlar baş ağrıyan kimi başağrı dərmanlarını içməyi vərdiş edib. Ağrıkəsicilərin birinci təsir etdiyi orqan sümük ilikləridir, hansıki həmin sümük iliyindən bizim qırmızı qan hüceyrəsi olan eritrositlərimiz əmələ gəlir. Və yaxud dünyada bir neçə ildir istifadədən çıxarılmış “diklofenak” bizdə az qala hər gün istifadə edilir.

Bir gün bir dostum mədəsinin ağrımağından şikayətləndi və mən onun mədəsini müalicə etməyə başladım, amma effekt alınmadı. Sonra təsadüfən hər gün “diklofenak” mazını işlətdiyini dedi və mən həmin mazın istifadəsini saxlamasını dedim. Adamın mədəsi müalicəsiz sağalmağa başladı.

Bəs nəyə görə əsrlər boyu istifadə olunan dərman bitkilərini kimyəvi dərmanlar əvəz etməyə başladı? Bunun çox sadə bir cavabı var, beləki dərmanlar patentləşdirilir və patent olunmuş dərmanın arxasında böyük bir firma dayanır, reklamını edir, tanıdır, faydalı xüsusiyyətlərini həddən çox abardır, sonunda satışından külli miqdarda qazanc əldə edir. Amma bitkilər elə deyil, məsələn çobanyastığı bitkisinin faydalarını deyirəm və yazıram, amma kimsə bunu patent edə bilməz ki, çünki bu hamıya məxsusdur.

Beləcə sintetik dərmanlar çoxalır, artıq belə sintetik dərmanların faydasından çox ziyanlarını görən avropalılar yenidən bitkilərə və bitki tərkibli preparatlara üz tutublar. Bitkilərin tərkibindəki üzvi maddələr sintetik preparatlardan fərqli olaraq təbiətinə görə insan orqanizminə daha yaxındır və sonadək bioloji mənimsənilirlər. Bitkilədən istifadə edən zaman asılılıq, kumulyasiya, dərman xəstəliyi, orqanların zədələnməsi və s. kimi fəsadlar olmur.

Son zamanlar xarici dövlətlərə əsasən İran və Türkiyədə müalicə olunmaq üçün gedən insanların sayı artmaqdadır. Məsələn İranda çox nadir hallarda təbii nəsə yazarlar, kilolarla sintetik dərmanlar yazırlar. Bizim vətəndaşlarımıza 3 aylıq müalicə yazılır, bizimkilər isə 6 aylıq alıb geri dönürlər, səbəbi isə İranda dərmanların ucuz olmasındadır. Yəni İran və ya Türkiyə inkişafına görə Almaniya və İsveçrədən çox inkişaf etmişlər?.

Bu gün hansısa kapitalist ölkəsini onun istehsal etdiyi dərmanın hansısa bir xəstəliyi sağaltmasından çox qazana biləcəyi pullar daha çox maraqlandırır. Məsələn bu yaxınlarda donuz qripi və ya ebola qripi – bu xəstəliklər o dərəcədə bir qorxunc qrip kimi ictimaiyyətə çatdırıldı ki, hətta bu işlərə Amerika prezidenti Obamanı da cəlb etdilər. Bütün dünya ölkələrinə vaksinlər satdılar, vaksin istehsal edən zavodlar 4 növbəli iş qrafikində işlədilər, məqsəd isə sadəcə pul qazanmaq idi vəssalam.

Bəli, bu gün çox az adam dərman bitkilərindən istifadə edir, bunun bir səbəbi də bu işlə peşəkar həkimlər yox, daha çox fırıldaqçılar məşğul olur və insanların inamını sındırırlar. Həkimlərimiz isə sanki inada düşüblər. Məsələn, şəkər xəstəsi olan xəstəyə diabeton yazırlar, sonra deyirlər ki, darçın çayı için darçın şəkərə xeyirdir. Burda problem nədədir? Həkim şəkərin səviyyəsini diabeton ilə nizamlayır, yəni sən darçın çayı içsən də olar, içməsəndə, amma olmazmı darçının özü ilə şəkəri nizamlamağa çalışasınız. Şəkər üçün o qədər faydalı bitkilər varki istifadə etmək olmazmı? Yəqin ki, olar.

Başqa bir misal məsələn, bronxit olan insanların bəzisi antibiotik vurdurur, bəzisi isə dərman bitkiləri içir, sonunda hər ikisi sağalır, amma baxaq görək hansı sağlamlığı faydalı üsullarla əldə etdi. Əlbətdəki bitki ilə sağalanlar.

Bəzən insanlarımızda yanlış bir deyim var, soyuqdəyməni və ya başqa bir xəstəlik varsa mütləq iynə vurulmalıdır, vurulmasa xəstəlik canından çıxmayacaq. Çox təəssüf ki, bəzi həkimlərimiz də belə düşünürlər. Amma mən deyirəm bütün bunlar hamısı yanlış fikirlərdir. 30-40 il bütün antibiotikləri vurdurmuş xroniki bronxitdən, revmatizmadan və s. əziyyət çəkən insanları bitki qarışımından ibarət məcunlarla müalicə etmişəm.

Unutmayın, bu gün ampisillin antibiotiki səni sağaldırsa, sabah kömək etməyəcək və daha güclü antibiotik vurduracaqsan, birisi gün o da kömək etməyəcək. Bilirsinizmi niyə? Çünki artıq sənin bədənində həmin antibiotikə qarşı davamlı bir ştamma əmələ gəlmişdir və daha acınacaqlısı da odur ki, həmin bu əmələ gəlmiş davamlı ştamma sənin nəslinə, yəni səndən olan oğluna və qızına ötürülür. Bu nə deməkdir? O deməkdir ki zaman gələcək heç bir antibiotik insanlara təsir etməyəcək bunun qarşısını almaq üçün dərman firmaları daha böyük molekullu antibiotiklər istehsal edəcəklər, bu da sonunda bizim qaraciyərimizi, böyrəklərimizi zədələyib sıradan çıxaracaqdır.

Antibiotiklərin başqa bir fəsadları isə bağırsaqlarda xəstəlik törədən və sağlamlığımızın daimi keşikçisi olan bakteriyaların hər ikisini də öldürməsidir. Amma insan orqanizminin immuntetinin artması nəticəsində orqanizm özü xəstəlik törədən bakteriyaları zərərsizləşdirir, bizə lazımlı (saprofit bakteriyalar) olan bakteriyalara isə toxunmurlar. Bax əsl elm budur.

Bizi Allah yaradıb və biz də Allahın yaratdıqları ilə müalicə olmalıyıq. Bəzi insanlar elə başa düşərlər ki, artıq elm lazım deyil, xeyir elə deyil, bitkiləri də öyrənməyə elm lazımdır.

Ardı var…

(1,336 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.