Dəyərli dostlar, “sağlam həyat tərzini necə qurmalı?” mövzusunda yazımız davam edir.

Deməli, biz hər gün adi çaydan istifadə edirik. Çayın özü də dərman bitkisidir, amma xammal yəni, yaşıl formada çay yarpaqları yığılandan sonra fermentlənir. Fermentlənməsi çox sadə bir məsələdir. Yaşıl yarpaqlar ot tayası kimi üst-üstə yığılır, orda bir temperatur əmələ gəlir, sonda yarpaqların rəngi qaralır. Adi qara çayla yaşıl çayda çox böyük bir fərq vardır, yaşıl çay bütün vitamin və mineral cəhətdən adi qara çaydan üstündür. Yalnız kofeinin miqdarı qara çayın tərkibində yaşıl çaydan 10 dəfə çoxdur, bu da o, deməkdir ki, qara çayın zərərləri daha çoxdur.

Yaxşı olardı ki, qara çayı gündə 1-2 stəkandan artıq içməyəsiniz. Qara çay bədənin mühitini turşulaşdırır və bundan sonra orqanizmimiz müalicəyə çətin tabe olan xəstəliklərə qapı açır.

Yediyimiz yeməklərin tərkibindəki vitaminlərin və mineralların sorulmasının qarşısını alır.

Çay içəndən sonra əhval-ruhiyyənin yaxşılaşması tərkibindəki kofeinlə əlaqədardır. Kofein insanlarda alışqanlıq törədən maddə olduğundan çay və kofe kimi içəcəklərdən yaxa qurtarmaq biraz çətin olur.

Mənim fikrimcə insan yalnız xəstələnəndə yox, həmişə sağlamlığının qeydinə qalmalıdır. Məsələn, yaxşı olar ki, gündəlik adi qara çay əvəzinə aşağıda saydığım çayları içəsiniz və hər həftə bu tərkibləri dəyişəsiniz.

1. 2 buğum (buğum barmaq falanqası deməkdir) zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək, 3 stəkan su, 1 çay qaşığı bal – bunu gündəlik adi çay əvəzi içə bilərsiniz. Bu çay qan dövranını yaxşılaşdırır, bütün orqanların işini asanlaşdırır.
2. 1 çay qaşığı məkkəgülü, 1 çay qaşığı ballınanə, 1 çay qaşığı çökə çiçəyi, 1 çay qaşığı kəklikotu, 3 stəkan su – bu çayı da 3 stəkanlıq termosda dəmləyib gündə adi çay əvəzi içə bilərsiniz. Bu çay qan durulaşdırıcı və yuxu dərinləşdirici kimi yeməkdən sonra içilsə yaxşı olar.
3. 1 çay qaşığı nanə, 1 çay qaşığı dazıotu, 1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı lavanda – bu çayı əsəbsakitləşdirici kimi içə bilərsiniz
4. 1 çay qaşığı damotu, 1 çay qaşığı yemişan meyvəsi, 1 çay qaşığı pişikotu, 1 çay qaşığı ballınanə , 3 stekan su adi termosda dəmləyib ürək tonlarını artırmaq, tez-tez ürəkdöyünmə və bəzi adamlarda havaçatışmazlığı zamanı rahatlaşdırıcı bir çay kimi içilə bilər.
5. 1 çay qaşığı öksəotu, 1 çay qaşığı safora, 1 çay qaşığı cökə, 1 çay qaşığı damotu, 3 stəkan su – bu qarışıq damarların içini təmizləyir.
6. Zeytun yarpağı, məkkəgülü, öksəotu, safora hərəsindən 1 çay qaşığı, 3 stəkan su termosda dəmləyib yüksək təzyiq zamanı içə bilərsiniz.
7. 1 çay qaşığı alaqanqal, 1 çay qaşığı solmazçiçəyi, 1 çay qaşığı ud hindi, 1 çay qaşığı zəncirotu, 3 stəkan su – bu tərkib qaraciyər, öd və öd yolları, mədəaltı vəz problemləri zamanı daha çox içilir.
8. 2 çay qaşığı cökə, 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı kəklikotu, yarım çay qaşığı məkkəgülü, 3 stəkan su soyuqdəymələr zamanı tərlədici kimi zoğal mürəbbəsi ilə içilir. Bu çaydan soyuqdəymələr zamanı gündə 10 stəkanda içə bilərsiniz.
9. Biyan kökü, andız, kəklikotu, dəvədabanı yarpağı, bağayarpağı hərəsindən 1 çay qaşığı, 4 stəkan su bəlğəmgətirici kimi içə bilərsiniz.
10. İtburnu, yemişan, biyan, gicitkən, jenşen hərəsindən 1 çay qaşığı, 4 stəkan su – bu tərkib bol-bol vitaminlə zəngin bir tərkibdir.

Yazdığım bu tərkibləri xəstəlikləriniz olmasa belə dəyişik formalarda içə bilərsiniz. Biz ümumiyyətlə dünyaya nə qədər inteqrasiya etsəkdə, həm də özünəməxsusluğumuz da vardır. Hətta bu indiki akademik tibb sahəsində də vardır. Məsələn, Azərbaycanda az qala hər 2-3 uşaqdan birinə beyindaxili təzyiq diaqnozu qoyulur.

Mənim bir dostum var Almaniyada ondan soruşdum ki, bu sizdə də belədirmi, çox güldü və dedi: “əgər Almaniyada beyindaxili təzyiqli uşaq olarsa, onu evə buraxmazlar, çünki bu çox ağır bir xəstəlikdir.”

Deməli, beyindaxili təzyiq həm analara, həm də həkimlərə sərfəlidir. Niyə? Çünki həkimin həmişə işi var, anaya da ona görə sərf edir ki, uşaq axşamdan bu dərmanların təsirindən keflənib yatır və ağlamır. Baxın, beləcə bu uşaqların beyinlərini biz öz əllərimizlə inkişafdan saxlayırıq. Belə uşaqlara çox zaman sidikqovucu və yuxugətiricilər yazılır.

Sidikqovucuların təsirindən yazıq uşaqların bədənlərindəki kaliumu qovuruq, baxın yeni doğulmuş uşağın ana bətnindən aldığı mineralı qovub bədəndən çıxarırıq və bu uşaqları bütün əzələ xəstəlikləri ilə baş-başa qoyuruq. Belə uşaqlarda qıcolmalar, felç xəstəliyi, onurğa əyrilikləri daha çox olur.

(1,488 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.