Dəyərli dostlar! Yerə baxmaqdan çox çalışın göylərə çox baxasınız. Baxdıqca yaradan Allahın yaratdıqlarında bir qüsur tapa bilərsinizmi? Yox.

Göyləri dirəksiz tavan etdi, göylərdə bir çat görürsunüzmü? Yox.

Yaradanın yaratdıqları içində ən mükəmməli bilirsinizmi nədir? Məncə, bu insandır. Bəli insan qüsursuz bir varlıqdır.

İnsan ölçülərində ağlasığmaz bir harmoniya vardır. İnsan yaradılışında bir standart rəqəm vardır bu 1.618-dir. Məsələn, əgər göbəkdən ayaq altına qeder 1 metrdirsə o, insanın boyu 1.618-dır. Əlimizin ölçüsü belə ki barmaqdan biləyə qədər və biləkdən dirseyə qədər ölçülərdəki nisbət 1.618-dir və yaxud barmaqlardakı orta falanqanın yerdə qalan hər iki falanqaya nisbəti 1.618-dir, vəya ayaq altından dizə qədər məsafə göbəkdən dizə qədər məsafədəki nisbət yenə də 1.618-dır.

Bu rəqəmlər daha çoxdur, hamısını yazmıram. Bu nisbətlər hətta bizim üz cizgilərimizdə, məsələn, üzün enini uzununa nisbəti də elədir. Gözlərimizin eni nə qədərdirsə göz arası da o qədərdir və sairə.

Tarixdə iz qoymuş məşhur memarlar həmişə bu nisbətləri nəzərə alıb abidələr tikmişlər. Həmin abidələr neçə əsrlərdir ki, dağılmadan öz möhtəşəmliyini qorumaqdadır.

Bu qədər, əziz oxucu! Bəzən düşünməyə dəyər. Bizi yaradan bizi öldürəcək və sonra qiyamətdə əllərimizin barmaq izləri belə pozulmadan yenidən yaradacaq.

Burda da bir hikmət var düşünənlər üçün.

(1,063 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.