Kefir – Qafqaz xalqlarının 300 ildən çoxdur ki, istifadə etdikləri şəfalı içkidir. Kefir mayalanmış süddür.

İnək, qoyun və keçi sü-dündən hazırlanır. Kefir təbii probiotikdir, mineral və vitamin mənbəyidir.

Kefir hansı hallarda qəbul olunur və onun faydaları:

Antibiotik qəbulu zamanı baş verən bağırsaq disbakteriozunu aradan qaldırır;

Ödemləri azaldır;

Qəbizliyi aradan götürür;

İmmuniteti artırır;

Qanda xolesterini aşağı salır;

A vitamini ilə zəngin olduğundan gözə xeyri var;

Tərkibində kalsium olduğundan osteoporoz xəstəliyində şəfalıdır;

Qaraciyəri bərpa edir;

Ekzemalarda, sızanaqlarda, dəri göbələyində faydalıdır;

Xərçəngin profilaktikasında istifadə olunur.

Bütün bu və başqa xəstəliklərə tutulmamaq, həmçinin müalicə olunmaq üçün gündə 0.5 litr kefir içmək lazımdır.

Hazırlanması:

Əvvəlcə kefir mayası əldə edilir, daha sonra qoz ölçüsündə maya 0.5 litr otaq temperaturunda olan bişmiş inək südünə (mağaza südü olmaz) qarışdırılır, 24 saat keçəndən sonra süd qatıq kimi olacaqdır. Sonra kefir süzgəcdən süzülür, kefir mayası çıxarılır və yenə növbəti gün üçün hazırlanan 0.5 litr südün içinə atılır.

Sağlam bağırsaqda 1-1.5 kq mikroorqanizm yaşayır. 500 növdən ibarət və 100 trilyona qədər bakteriya bağırsaq florasını və immun sistemini təşkil edir. Bağırsaq mikroflorasını qorumaq üçün probiotiklərə ehtiyac var, kefir isə təbii probiotik mənbəyidir. Xatırladım ki, kefir qatıq deyil.Qatıq probiotik istehsalını artırır, kefir isə özü probiotikdir. Qatıq mütəmadi istifadə olunduqda mədə turşuluğunu artırır, kefir isə əksinə normallaşdırır.

(3,230 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.