Əvvəlcə, şəkər xəstəliyi haqda giriş verək. Əlamətləri: susuzluq, sidiyə çox çıxma, aclıq hissinin çox olması, buna baxmayaraq arıqlamaq, bulanıq görmə, halsızlıq, əsəbilik və. s.

Şəkər kimlərdə və niyə baş verir?

Deməli şəkər xəstəliyi tənbəl adamlarda, şirniyyatdan (qənd, tortlar, şirniyyatlar, ağ çörək) həddən çox istifadə edən adamlar, həddən çox piylənmə, irsi faktor və sairə səbəblərdən baş verir.

Bizim yediyimiz bütün ərzaq məhsulları sonda karbohidrat olaraq bizim toxumalarımızı qidalandırır bu zaman artıq qalan enerji qlikogen formasında qaraciyərmizdə, əzələlərimizdə və.s. ehtiyyat enerji kimi formalaşır.

Əgər biz gündə 3-4 dəfə qidalansaq onda bizim toxumalarımız yalnız yediyimiz qidaların enerjisindən istifadə edəcək yəni ambardakı enerjidən istifadə olunmayacaq əgər ambardakı məhsullar təzələnməsə bu sonra bizə problem yaradır bunun üçün ən yaxşı vasitə həftədə 1-2 dəfə oruc tutmaqdır.

Bu zaman orqanizm ehtiyyat enerjidən istifadə edir və sonda ambar (yəni ehtiyat enerji təzələnir). Şəkər xəstəliyi zamanı qanda qlikogenin (şəkərin) səviyyəsi qalxır, çünki qlikogeni bizim toxumalarımızın içinə ötürə biləcək insulinin miqdarı çatışmır.

İnsulin mədəaltı vəzdə ifraz olunur, bu zaman bizə insulin səviyyəsini artıran bitkilər və bundan başqa qanda artmış olan şəkərin miqdarını da qaydaya salmaq lazım olacaq.

Darçın, zəncəfil, sarıkök, lobya qını, çörəkotu, zeytun yarpağı, ağ tut yarpağı, qaragilə yarpağı, andız kökü, ud hindi, çəmənotu, safora, öksəotu bitkilərindən müntəzəm istifadə edin sarımsaq çox yeyin çünki sarımsaq, soğan, zəncəfil, öksəotu damarların içini təmizləyir. Şəkər xəstəliyi zamanı qanda yağ turşularının miqdarı artır (triqliserdlər, lipidlər və.s) bu da damarların mənfəzinin daralmasına səbəb olur.

Hər gün 6 km-dən çox gəzmək lazımdır bu zaman qanın hərəkəti sürətlənir ətrafların (ayaq və əllər) qanla təchizatı yaxşılaşır. Damarların mənfəzi daraldığından qan təzyiqi yüksəlir görmədə problemlər əmələ gəlir bu zaman ən yaxşı müalicə hər 3-4 aydan bir həcəmət olunmaqdır bu zaman bədənimizdəki çirkli qan çıxdığından qan dolaşımı normallaşır görmə yaxşılaşır təzyiq normallaşır.

Zəli müalicəsi də əvzolunmazdır. İldə 2 dəfə olmaqla 5 gündən bir 10 zəli hər seans cəmi 50 zəli yaxşı nəticə verir. Bu zaman qan durulaşır və toxumalarımızı yaxşı qidalandırır.

Sonda, şəkər çox qorxulu bir xəstəlikdir özünüzü sağlam ikən qoruyun aktiv hərəkətlər edin qaçın təbii qidalara üstünlük verin.

Biz, Herba Flora firmasında şəkər xəstəliyi əleyhinə diabetea, mirfazin və antixol çayları istehsal edirik.

(3,187 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.