Niyə möcüzə yazmağımı oxuyandan sonra görəcəksiniz.

Birincisi, Peyğəmbərimizdən (s.a.s.) gələn bir hədislə başlayaq. “Müalicələrin ən yaxşısı həcəmət və ud hindi ilə müalicədir”.

Mən öz praktikamda bu bitkidən geniş istifadə edirəm və əlhəmdülilləh əla nəticələr alıram.

Ud hindinin bir neçə qəbul qaydası var:

1. Ud hindi üyüdülmüşü yəni tozu buruna çəkilir. Əgər sizdə (burnunuzda və boğazınızda) rinit, haymorit, frontit, faringit, angina varsa hər buruna bir çimdik ud hindi tozu olmaqla dərindən sorulur. Bu müalicə vaxtı asqırma ola bilər, fikir verməyin, müalicənizi davam etdirin müalicə xəstəlikdən asılı olaraq 10-20 gün ola bilər.

2. Bir çay qaşığı bal, yarım çay qaşığı ud hindi, bir stəkan su. Deməli bronxit, astma, ağ ciyərə su yığılması, vərəm, hepatitlər, cinsi istəyin azalması, sidikqaçırma (enurez), qadınlarda adət pozğunluğu, allergiya varsa gündə 3 dəfə bu şərbətdən için müalicə xəstəlikdən asılı olaraq 10-20 gün çəkə bilər.

3. 2 xörək qaşığı ud hindi 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırılıb qastrit, kolit, öd durğunluğu, babasildə yeməkdən əvvəl çalxalayın 1 xörək qaşığı gündə 3 dəfə için. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün ola bilər.

4. 3 xörək qaşığı ud hindi 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırılıb ağzı kip bağlanmamaq şərtilə 10-15 gün günəş altında saxlayın sonra süzün bu yağ bütun dəri xəstəliklərində, çivzələrdə sifət ləkələrində ekzemalarda, dəri çillərində, keçəllikdə, qulaq ağrılarında (qulağa tökülür) dəri üz gənələrində (demodeks) və eyni zamanda burun nəfəsalmasında problemlər varsa pambığı bu yağa batırıb hər burun dəliyində yarım saat saxlayın. Bu yağ həm də dərini ağardır. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün ola bilər.

5. 1 çay qaşığı ud hindi tozu 1 stəkan suda 15 dəqiqə dəmlənilir. Ağız içi yaralarda, tez-tez boğazgəlmədə, ağızdan xoşagəlməz iy gələndə ağız və boğaz gündə 3-5 dəfə qarqara edilir. Bu dəmləmədən qadınlarda uşaqlıq yolundan ağ axıntı gələn zaman və göbələk xəstəliyi olan zaman uşaqlıq yolu şırınqa edilir gündə 3 dəfə. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün ola bilər.

6. 1 çay qaşığı ud hindi tozu 1 stəkan suda 15 dəqiqə zəif odun üstündə yavaş yavaş qaynadılır haymoritin, rinitin və frontitin müalicəsində daha yaxşı nəticə almaq üçün gündə bir dəfə başa ədyal atılıb buğa verilir. Bunu axşamlar edin özünüzü soyuqdan qoruyun. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün ola bilər.

7. Ud hindi budağı nazik 10 qəpik qədər kəsilir gündə bir dəfə zob xəstəliyinin müalicəsində dilin altına qoyulur. Müddət – sağalana qədər.

Sonda bir faktı da qeyd edim ki, 15 il allergiyadan, 2 il faringitdən, 20 il xroniki bronxitdən (hepatit C və B-nin müalicəsində əla effekt verir) əziyyət çəkən adam ud hindi kapsulundan istifadə etdikdən sonra sağalıb.

(11,892 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.