Böyrək xəstəliklərini bir neçə qrupa aid etmək olar. Məsələn böyrəyin iltihabı xəstəlikləri, pielonefrit, böyrək daşı xəstəliyi, böyrək çatışmamazlığı və ya büzüşməsi, qlomerulonefrit və böyrək sidik yollarının müxtəlif parazitar göbələk kimi infeksiyaları. Bütün bu xəstəliklərin ayrı-ayrı reseptlərini yazmaqla bərabər bu xəstəliklər zamanı necə qidalanmaq lazımdır, hamısı haqqında məlumat verəcəm inşallah.

Ümumiyyətlə böyrəklər periton boşluğundan çöldə qaldığından soyuğa qarşı çox davamsızdırlar, ona görədə yüngül bir soyuqlama olanda biz bunun ağrısını böyrəklərimizdə hiss edirik.

Böyrəkləri soyuqdan qorumaq üçün ən yaxşı vasitələrdən biri qışda bellik bağlamaqdır. Bellik həmişə böyrəkləri isti saxlayır və iltihablanmaqdan qoruyur.

Bundan başqa həddindən artıq duzlu yeməyi demək olar. Böyrəyin bütün toxumalarını zədələyir.

Həddindən çox daxilə qəbul edilən sintetik dərmanlar böyrək yumaqcıqlarını zədələyir və sonda böyrək catışmamazlığı kimi ağır bir xəstəliklə nəticələnir.

Böyrək iltihabı zaman böyrəklər üzərində ağrı bəzən sidiyə gedəndə acışma və çox hallarda belə insanlar çox vaxt üşüyürlər. Adi bir sidik analizi bu diaqnozu təsdiqləyir, sidikdə leykositlərin sayı çoxalır.

Nə etməli?
Bu zaman iltihab əleyhinə, tərlədici və immun sistemi yüksəldən dərman bitkilərinin qarışığından istifadə etmək lazımdır.

Boymadərən, gülümbahar, cökə yarpağı, biyan kökü, zəncəfil hərəsindən 50 qram alıb bir birinə qarışdırın sonra qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda termosda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.

Və yaxud bu bitkiləri qəhvəüyüdücüdə üyüdün, üzərinə 1 kilo bal yarım kilo keçibuynuzu bəkməzi qarışdırıb məcun hazırlayın məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyin.

Böyrək iltihabı zamanı müalicə ən azı 2 həftə aparılmalıdır. Bütün böyrək ağrıları aradan qalxanadək müalicə aparılmalıdır ki, xəstəlik xroniki hala keçməsin.

Bu tərkibi hazırlamaqda çətinlik çəkənlər Urotea çayından da istifadə edə bilərlər.

Urotea çayı gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 2 filtr bağlama 1 stəkan qaynar suda dəmlənilib ilıq formada içilməlidir.

Bəzi hallarda iltihab əlamətləri sidik yollarını və sidik kisesini də əhatə edir. Bu zaman sidik kisəsinin iltihabı (sistit) əmələ gəlir.

Sistit çox çətin müalicəyə tabe olur. Sistit zamanı ud hindi içmək çox faydalıdır. Ud hindi iltihabı götürməklə bərabər sidik kisəsinin əzələsini işlədir və sfinktorların işini bərpa edir.

(5,725 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.